• $
  • €
  • ₽
  • ₺
  • £

Türk lirəsindən növbəti antirekord

Türk lirəsindən növbəti antirekord
13.12.2021 13:36
Türkiyə valyutası 1% ucuzlaşıb və ABŞ dollarına nisbətdə 14,47 lirə təşkil edib, bu barədə Türkiyə Mərkəzi Bankı (TBM) məlumat yayıb. 
 
Ötən həftə dollar lirə qarşısında 13,95 lirə həddini keçdikdən sonra Türkiyə Mərkəzi Bankı birbaşa satış yolu ilə məzənnəyə müdaxilə etmişdi. Ekspertlər yeni antirekordu TBM-in dekabrın 16-da gözlənilən uçot dərəcəsini yenidən endirəcəyi ilə əlaqələndirirlər. Bu, TBM-in bənzər səviyyədən son 10 gündə 3-cü müdaxiləsidir.

Bu ilin əvvəlində 1 dollar 7,4 lirəyə bərabər olan türk valyutası bir il ərzində  50% ucuzlaşıb. Son 20 ildə maksimum gündəlik eniş noyabrın 23-də qeydə alınıb - həmin gün lirə 16% ucuzlaşıb. Bu, Türkiyə Mərkəzi Bankının noyabrın 18-də uçot dərəcəsini 16%-dən 15%-ə endirmək qərarını verməsindən sonra baş verib, bundan sonra ölkə prezidenti Tayyib Ərdoğan yenidən uçot dərəcəsinin endirilməsinin tərəfdarı olduğunu bildirib.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
İqtisadiyyat 10:01
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:09
Dünya bazarlarında neft bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol