• $
  • €
  • ₽
  • ₺
  • £

AIIB TRACECA-nın layihəyə 300 mln avro kredit ayırıb

AIIB TRACECA-nın layihəyə 300 mln avro kredit ayırıb
14.12.2021 22:30
Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) İspartakule-Çerkezköy dəmir yolu layihəsi üçün Türkiyəyə 300 milyon avro kredit ayıracaq.
 
Bankın məlumatına  görə, bu strateji nəqliyyat layihəsi Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) bir hissəsini təşkil edir və Qara dəniz hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi, ticarət və nəqliyyat əlaqələrini gücləndirmək məqsədi daşıyır.
 
Layihənin məqsədi dəmir yolu nəqliyyatının təhlükəsizliyini, sərnişin və yük daşıma qabiliyyətini və sürətini artırmaqdır. Layihə çərçivəsində İspartakule ilə Çerkəzköy arasında yeni ikixətli, elektrikləşdirilmiş yüksək sürətli dəmir yolunun tikintisi nəzərdə tutulur.
 
Layihə başa çatdıqdan sonra, insanlar müvafiq Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T) əlaqələri ilə Aİ standartlarına uyğun interoperativ milli dəmir yolu nəqliyyat dəhlizinə çıxış əldə edəcəklər.
 
Bundan başqa, layihə dizaynı həm tikinti, həm də istismar fazalarında enerji istifadəsini minimuma endirəcək və yanacaq istifadəsini azaltmaq üçün tədbirləri əhatə etdiyindən layihə, istixana qazları emissiyalarının azaldılmasına töhfə verəcək.
 
Layihəyə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) noyabr ayında 150 milyon avro kredit ayırmışdı.
 
TRACECA çərçivəsində 13 ölkə fəaliyyət göstərir. Bunlar Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələridir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
İqtisadiyyat 10:01
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:09
Dünya bazarlarında neft bahalaşıb
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
İqtisadiyyat 08:03
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol