• $
  • €
  • ₽
  • ₺
  • £

Liviyada bəzi neft mədənləri müvəqqəti bağlanıb

Liviyada bəzi neft mədənləri müvəqqəti bağlanıb
20.12.2021 23:30
Liviyada "Şərara", "Vəfa", "Həmədə" kimi iri neft mədənləri müvəqqəti bağlanıb.

Xarici KİV xəbər verir ki, bu barədə Milli Neft Korporasiyası (NOC) məlumat yayıb. 

Məlumata görə, bununla əlaqədar ölkədə neft hasilatı kəskin azalıb. 

 OPEC ölkələrinin neft təsisatlarının mühafizəsi məqsədilə yaradılmış Neft Təsisatları Mühafizləri (Petroleum Facilities Guards – PFG) yarıhərbi birləşməsinin üzvləri ötən gecə ölkənin ən böyük mədəni olan Şəraranı Aralıq dənizi sahilindəki Zaviyə şəhərinin terminalı ilə birləşdirən boru kəmərin bağlayıblar. Bundan sonra gündəlik hasilat həcmi 280 min barel azalaraq 950 min barelə düşüb. 

"Şərara" İspaniyanın "Repsol”, Fransanın "Total” və Avstriyanın OMV şirkətlərinin təsis etdiyi "Akakus Oil Operations” adlı birgə müəssisənin idarəçiliyindədir. "218 TV” xəbər verir ki, həmin müəssisənin rəhbəri Əhməd Əmmərin vəzifəsindən kənarlaşdırılmasına dair NOC-un verdiyi qərar PFG-nin etirazına səbəb olub.

Dekabrın 24-də Liviyada prezident seçkiləri keçiriləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
İqtisadiyyat 10:01
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:09
Dünya bazarlarında neft bahalaşıb
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
İqtisadiyyat 08:03
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol