• $
  • €
  • ₽
  • ₺
  • £

Bu agentliyin nizamnamə fondu 60 milyon 500 min manat oldu

Bu agentliyin nizamnamə fondu 60 milyon 500 min manat oldu
21.12.2021 18:15
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Anews.az  xəbər verir ki, sənədə əsasən, "İqtisadi Zonaların İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Müəyyən edilib ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (bundan sonra – Agentlik) nizamnamə fondu 60 500 000.0 (altmış milyon beş yüz min) manat təşkil edir və aşağıdakı mənbələr hesabına formalaşdırılır:

60 (altmış) milyon manatı Prezidentin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Agentliyin nizamnamə kapitalının artırılması üçün müəyyən edilmiş vəsait hesabına;
500 (beş yüz) min manatı "Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı hesabına.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan maliyyələşməni təmin etməlidir.

İqtisadiyyat Nazirliyi:
Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməli;

Bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
İqtisadiyyat 10:01
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:09
Dünya bazarlarında neft bahalaşıb
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
İqtisadiyyat 08:03
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol