• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya şirkətinin Azərbaycandakı törəməsi “Şəki Şərab”ı özəlləşdirib

Rusiya şirkətinin Azərbaycandakı törəməsi “Şəki Şərab”ı özəlləşdirib
28.12.2021 15:35
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Şəki Şərab” MMC-nin dövlətə aid payının satışı üzrə elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.
 
Rusiyanın "Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin yerli törəmə müəssisəsi - "AzAbrau” MMC müsabiqənin qalibi elan olunub.
 
ƏMDX və şirkət arasında alqı-satqı müqaviləsi imzalanıb.
 
Müqavilənin şərtlərinə uyğun olaraq, qalib şirkət dövlət büdcəsinə 1,92 milyon manat ödəniş etməyi, müəssisənin inkişafı üçün 4,5 milyon manatlıq İnvestisiya Proqramının icrasını üzərinə götürüb. "AzAbrau” həmçinin, müəssisənin ümumi məbləği 535 min manat olan əmək haqqı, dövlət büdcəsi, DSMF, habelə kreditorlara olan borclarını ödəyəcək.
 
Şirkət Azərbaycanın üzümçülük rayonlarından olan Şəkidə premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır, yaxın perspektivdə üzüm bağlarının salınmasını nəzərdə tutur. Üzüm sortları arasında yalnız bu regionda yetişən Mədrəsə və Bayanşirə xüsusi maraq doğurur.
"Şəki Şərab” MMC 6 hektar ərazidə yerləşir. Müəssisə ildə 2,6 mln. butulka şərab istehsal etmək imkanına malikdir.
 
"Abrau-Durso" PSC qədim şərabçılıq ənənələrinə malik Azərbaycan şərablarının ilk növbədə Rusiya bazarlarına, həmçinin digər xarici bazarlara da çıxışını genişləndirmək niyyətindədir.
 
Müəssisəni şərabçılıq sahəsində tanınmış "Abrau-Durso” PSC-nin özəlləşdirilməsi Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafında, müasir texnologiyaların tətbiqində, şərab məhsullarının ixracının genişləndirilməsində xüsusilə əhəmiyyətlidir.
 
"Abrau-Durso" PSC-nin prezidenti Pavel Titov: "Bizim üçün bu, ixrac coğrafiyasının genişləndirilməsi və beynəlxalq bazarlara çıxış strategiyasının reallaşdırılması istiqamətində növbəti mühüm addımdır. Azərbaycan tanınmış şərabçılıq regionudur. Unikal mülayim iqlim şərabçılığın inkişafı üçün olduqca əlverişlidir. Qafqaz dağları Azərbaycanda şaxtanın yayılmasının qarşısını alır. İsti, quru olmayan yay üzümün tam yetişməsinə imkan verir. Yerli üzüm növləri özünəməxsus və unikal dadı ilə seçilir. Biz burada istehsal olunan şərabların ixrac potensialı baxımından böyük perspektivlər görürük", - deyə qeyd edib.
 
Böyük şərabçılıq və biznes təcrübəsinə malik "Abrau-Durso” şirkətlər qrupu dünyanın 20-dən çox ölkəsinə şərab ixrac edir. Rusiyanın ən böyük şərab satıcısı olan şirkət Rusiyanın pərakəndə satış məntəqələrində geniş təmsilçilik hüququna malikdir, ölkədə 5 tanınmış spirt markasından biri olmaqla yanaşı, şərab istehsalçıları arasında həm kəmiyyət, həm də keyfiyyət baxımından ən geniş distributorluğa malikdir. 4 şərab zavodunun sahibi olan şirkətlər qrupu 2020-ci ildə 40 milyon butulkadan çox məhsul satışına müvəffəq olub. Şirkətin 3 böyük üzüm bağı, 6 500 hektardan çox torpaq sahəsi və "Abrau-Durso" brend mağazaları var. (Report)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
İqtisadiyyat 10:01
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:09
Dünya bazarlarında neft bahalaşıb
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
İqtisadiyyat 08:03
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol