“Azərtəkrarqarametal” gəlirlərini açıqladı - 29,6 min manat

"Azərtəkrarqarametal”ın gəlirləri 2021-ci ildə əvvəlki illə müqayisədə 17,5 % artaraq 29,6 min manata bərabər olub. Bu barədə qurumun hesabatında göstərilib.
Şirkətin inzibati xərcləri 25,4 min manat, sair əməliyyat xərcləri 14,2 min manat, əməliyyat zərəri 10 min manat, vergidə nəzərə alınmayan xərcləri 540 manata bərabər olub.
Şirkətin 2021-ci ildəki xalis zərəri ötən illə müqayisədə 39,7% azalaraq 10,5 min manat təşkil edib. 2020-ci ildə şirkətin xalis zərəri 17,5 min manat olmuşdu.
2021-ci ilin dekabrın 31-də qurumun cəmi aktivləri 0,06% azalaraq 1,531 milyon manat olub, cəmi öhdəlikləri isə 0,4 % artaraq 2,495 milyon manata yüksəlib.
"Azərtəkrarqarametal”ın kapital çatışmazlığı isə 1% artaraq 963,9 min manata çatıb.
"Azərtəkrarqarametal” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 833254 manatdır.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 07:41
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq

İqtisadiyyat 16:57
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub






















