Neftin qiyməti 100 dollardan aşağı düşüb

Çin iqtisadiyyatı və tələblə bağlı perspektivlər fonunda dünya bazarlarında neftin qiyməti 100 ABŞ dollarından aşağı düşüb.
Şimal dənizində hasil olunan "Brent” neftinin sentyabr fyuçersləri 0,07% ucuzlaşaraq 1 bareli 99,42 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,22% aşağı düşərək 1 bareli 95,63 ABŞ dolları təşkil edib.
Çində koronavirusla bağlı vəziyyətin pisləşdiyi bir zamanda neft treyderləri tələbin perspekvitlərini qiymətləndirirlər. Yeni yoluxma halları karantin məhdudiyyətlərinin sərtləşdirilməsinə səbəb olur, bu isə ölkədə iqtisadi artımın gözləntilərini azaldır və dünyada mümkün resessiya ehtimalını artırır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 07:41
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq

İqtisadiyyat 16:57
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub






















