• $
  • €
  • ₽
  • ₺
  • £

“Böyük Qayıdış”la Qarabağa dönən həmvətənlərimizin xidmətindəyik!-FOTOLAR

“Böyük Qayıdış”la Qarabağa dönən həmvətənlərimizin xidmətindəyik!-FOTOLAR
20.07.2022 20:03
Azercell-in xidmət mərkəzi Zəngilanın Ağalı kəndinin ilk sakinlərinin yolunu gözləyir

19 iyul 2022-ci il tarixində Azərbaycanlı əhalinin işğaldan azad olunan Qarabağ torpaqlarına "Böyük Qayıdış”ı başladı. Azad edilmiş ərazilərdə ilk mobil rabitə xidmətini təqdim edən Azercell şirkəti bu tarixi hadisəyə -  30 ilə yaxındır yurd həsrəti ilə yaşayan ailələrin Zəngilan rayonunda Ağalı kəndinə qayıtmasına öncədən hazırlaşdı. Qeyd edək ki, Zəngilana qayıdacaq ilk 100 ailə Azercell-dən 5 GB internet almaqla yanaşı, xüsusi hədiyyələrlə qarşılanacaq. 

Ölkəmizdə ilk dəfə müasir texnologiyaların tətbiqi ilə "Ağıllı kənd” layihəsinin icra olunduğu Ağalı kəndində bu ilin iyunundan etibarən "Azercell Telekom” MMC-nin  rəsmi satış və xidmət məntəqəsi fəaliyyət göstərir. Abunəçilərə yüksək standartlara uyğun xidmət göstərmək üçün tələb olunan bütün şərait və ən müasir avadanlıqlarla təmin olunmuş məntəqədə şirkətin digər müştəri xidmətləri mərkəzlərində həyata keçirilən əksər abunəçi əməliyyatlarının icrası mümkündür. Mağazada abunəçilərə istədikləri məhsulu tədqiq və müqayisə edib seçməkdə peşəkar satış mütəxəssisləri yardım edirlər. Paytaxt və digər bölgələrdə fəaliyyət göstərən diler mağazalarında olduğu kimi, Ağalı kəndində yerləşən mağazada da gündəlik istifadə üçün nəzərdə tutulmuş bir sıra cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə etmək, mobil telefonları kredit və nağd şəkildə satın almaq mümkündür. 

Həyatın yenidən qayıtdığı ərazilərimizdə "Böyük Qayıdış”ı təmin etmək üçün yenidənqurma işləri,  bütün istiqamətlər üzrə infrastrukturun bərpası, müxtəlif istiqamətli genişmiqyaslı işlər və sosial layihələr həyata keçirilir. Azercell şirkəti də özünün "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə əsaslanaraq, işğaldan azad olunmuş ərazilərimizin sürətli inkişafına öz töhfəsini verir və Qarabağda mobil şəbəkə infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. Şirkət bu ərazilərdə ən müasir radio baza stansiyalarını quraşdırmaqla Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşanın qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər əraziləri yüksək keyfiyyətli mobil xidmətlərlə təmin edib.

Bundan əlavə,  azad olunmuş ərazilərimizdə Azercell-in şəbəkəsindən faydalanan abunəçilərə dəstək məqsədilə şirkətin Müştəri Xidmətləri komandası Zəngilanın Ağalı kəndi də daxil olmaqla, bir çox bölgələr, o cümlədən Şuşa, Cəbrayıl, Qubadlı və Kəlbəcərə səfər edib, abunəçilərə ödənişsiz xidmət göstəriblər.  

Azercell şirkəti böyük sevinc və qürur hissi ilə işğaldan azad olunmuş torpaqlara qayıdan həmvətənlərimizi ən qabaqcıl telekommunikasiya xidmətləri ilə təmin etmək üçün öz infrastrukturunu qurmağa davam edir, bu ərazilərin dirçəlməsi və yenidən qurulması prosesində iştirak etməyə hazır olduğunu bəyan edir. 
 






www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq
İqtisadiyyat 07:41
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq
ABŞ-ın iri banklarının müştəriləri xidmətlərdə texniki nasazlıqlarla üzləşiblər
İqtisadiyyat 07:34
ABŞ-ın iri banklarının müştəriləri xidmətlərdə texniki nasazlıqlarla üzləşiblər
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
İqtisadiyyat 16:57
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
İqtisadiyyat 16:24
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
İqtisadiyyat 16:00
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
ABB ölkəmizdə insan kapitalını araşdırdı
İqtisadiyyat 12:52
ABB ölkəmizdə insan kapitalını araşdırdı
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
İqtisadiyyat 12:49
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
İqtisadiyyat 12:35
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
İqtisadiyyat 12:31
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol