Bu şirkətlər arasında 4 milyon manatlıq müqavilə imzalanıb

Azərbaycan İnvestisiya Şirkəti ilə "Balxurma" MMC arasında 4 milyon manatlıq müqavilə imzalanıb, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
Nazir bildirib ki, sözügedən investisiya quru meyvələrin istehsalı zavoduna yönəldilib. İnvestisiya nəticəsində zavodun illik istehsal gücünün 200 tondan 600 tona yüksəlməsi və 100-dək yeni iş yerinin açılması gözlənilir.
"Balxurma" şirkəti 2016-cı ilin yanvarında öz fəaliyyətinə başlayıb. Şirkət bu günə kimi Almaniya, Niderland, Litva, Belarusiya, Rusiya, Ukrayna, Malayziya bazarlarına çatıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 07:41
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq

İqtisadiyyat 16:57
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub






















