• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan istehsalı olan silah-sursat Asiya bazarında - FOTOLAR

Azərbaycan istehsalı olan silah-sursat Asiya bazarında - FOTOLAR
17.04.2014 14:06
Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən 14-cü Asiya Müdafiə Xidmətləri Sərgisi və Konfransı (DSA-2104) çərçivəsində Azərbaycan stendinə müxtəlif ölkələrin silahlı qüvvələrinin təmsilçiləri baş çəkib.APA-nın Malayziyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, sərgiyə qatılan Azərbaycan nümayəndə heyətinin də bir sıra görüşləri olub. Müdafiə sənayesi naziri Yavər Camalov Səudiyyə Ərəbistanının silahlı qüvvələrinin yüksək rütbəli nümayəndə heyətini qəbul edib. Sərgini APA-ya dəyərləndirən Y. Camalov bildirib ki, Cənubi Şərqi Asiya regionu Azərbaycan müdafiə sənayesi üçün potensial bazar hesab olunur. Bu bölgədə Azərbaycanın məhsullarına tələb var. «Sərgi çərçivəsində biz Malayziya və Sinqapurun bir şirkəti ilə Azərbaycan məhsullarının bölgədə marketinqinin təşkili barədə razılığa gəldik. Bu Azərbaycanın hərbi sənayesinin bölgə bazarına çıxması üçün mühüm addımdır», - deyə nazir vurğulayıb. Nazir sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisinə hazırlıq işlərinin davam etdiyini, bu sərginin Azərbaycan hərbi sənayesi üçün mühüm göstərici olacağını deyib. Y. Camalovun sözlərinə görə, Azərbaycanda keçiriləcək müdafiə sərgisi regionda keçirilən digər ölkələrdən fərqli olaraq qatılımçı coğrafiyasının genişliyinə görə fərqlənəcək. Qeyd edək ki, MSN tərəfindən sərgidə 132 adda məlumat əyani şəkildə və ya broşür şəklində təqdim olunur. Nazirliyin stendində nümayiş olunan 14.5 mm çaplı “İstiqlal-T”, 12.7 mm çaplı “Mübariz”, 7.62 mm çaplı “Yalquzaq” snayper tüfəngi, tank və zirehli texnikalar üçün pulemyotu, HP-7.62 hücum pulemyotunun lüləsinə görə fərqlənən iki fərqli versiyası, universal pulemyotu, “Zəfər”, “Zəfər-K” və “İnam” və polimer gövdəli tapança modelləri, pilotsuz uçuş aparatlarının maketləri, aviasiya təlim bombası, müxtəlif çaplı sursatlar, bədən zirehi, əleyhqaz və s. xarici mütəxəssislərin marağına səbəb olub. Azərbaycanın sərgidə təqdim etdiyi yeniliklər HP-7.62 pulemyotunun uzun lüləli versiyası, polimer gövdəli tapança, müxtəlif çaplı döyüş sursatlarıdır.ANNET.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol