• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda istifadəçilərin onlayn təhlükəsizliyi 90-cı illər səviyyəsindədir - MÜSAHİBƏ

Azərbaycanda istifadəçilərin onlayn təhlükəsizliyi 90-cı illər səviyyəsindədir - MÜSAHİBƏ
23.08.2022 17:43
Emin Hüseynov Gəncədə doğulub, orta və ilk ali təhsilini Azərbaycanda alıb.  Həmyerlimiz hazırda Birləşmiş Millətlər Təşkilatında (BMT) çalışır. O, 2006-cı ildən UNICEF-də işləyir və hazırda UNICEF-in Cenevrə  qərargahında Sistem Administratoru vəzifəsini icra edir.

Son illər Azərbaycandan xaricə xeyli sayda beyin axını oldu və Azərbaycan əksər bacarıqlı  İnformasiya Texnoplogiyaları (İT) mütəxəssisni itirdi. Emin Hüseynov isə  ölkədən baş götürüb qaçanlardan yox, xaricdə öyrəndiyi bilik və təcrübələri ilə Azərbaycana töhfə verməyə çalışanlardır.
 
O, uzun illərdir "Startap Azərbaycan” təşkilatında ekspert kimi yeni yaranan startaplara dəstək verir. 2020 ilədək Cenevrə Universitetində PhD təhsili ilə bərabər, tədqiqatçı kimi fəaliyyət göstərib. Hazırda  eyni istiqamətdə fəaliyyətini indi də davam etdirir  və Azərbaycan Texniki Universitetində (AzTU)  elmi işçi kimi çalışır ("remote”, uzaqdan olaraq).

Emin Hüseynovla həm yerli, həm də qlobal İT bazarı, yanaşma, trendlər barədə söhbət etdik.
 
- Uzun zamandır, xaricdəsiniz, oraYA köçməyə qərar verəndə tərəddüləriniz nələr idi və bu gün olduğunuz mühitdən razısınızmı?

-2009-cu ildən İsveçrədəyəm. Əslində, qərarı özüm verməmişəm, təşkilatın xətti ilə təklif alıb, təcili layihələri təxirə salmamaq məqsədi ilə müvəqqəti müqavilə ilə başlayıb, sonradan uzunmüddətli iş ilə davam etmiş oldum. Yəni, məqsəd məhz xaricə köçmək deyildi. İş və yaşayış mühitindən hazırda tam razıyam, lakin ilk 1-2 il biraz çətin oldu, əsasən də dil baryeri olduğu üçün. Cenevrənin rəsmi dili fransız dilidir, mən isə işimdə o vaxt yalnız ingilis dilindən istifadə edirdim.Digər aspektlərdən elə də çox problem olmasını deyə bilmərəm, uyğunlaşmaq nisbətən rahat keçdi.

- Bir müddət Azərbaycanda İT sahəsində da çalışıbsınız. Hazırda olduğunuz mühitlə bizim iş mühitini müqayisəli necə şərh edərdiniz? Bizi onlardan, onları bizdən fərqləndirən nələrdir?

- Əsas fərq innovasiyalara dövlət və cəmiyyət tərəfindən real dəstəkdədir. İKT sahəsində olan layihələrin real biznesə çevrilməsi prosesi İsveçrədə daha rahatdır.  Cenevrə Fransaya yaxın olduğu üçün, Fransada İKT iş mühiti ilə də yaxından tanışam. Ona görə də, deyə bilərəm ki, hazırda Fransada bu sahədə iş görmək daha da rahatdır.  
 
- Azərbaycan son illərdə İKT sahəsində necə inkişaf edib?
 
- Azərbaycan İKT sahəsini diqqətlə izləyirəm və bu sahədə inkişaf etmiş əlaqələrim və maraqlarım var. Şəxsi fikrimi bilmək istəsəz isə, belə söyləyim – inkişaf var, amma dəfələrlə çox ola bilərdi. Bəzi sahələrdə isə, məsələn İKT təhlükəsizlik sahəsində, istifadəçilər toplusu hələdə 90-cı illər səviyyəsindədir.

- Yəqin ki, Avropada yüksək texnologiyalar, startaplara yanaşma da fərqlidir. Məsələn, Azərbaycan hələ son dövrlər bu sahəyə ayaq uydurmağa çalışır.  Cenevre bu sahədə necə inkişad edib,  bu sahədə çalışan həmyerlilərimiz çoxdurmu?

- Cenevrə balaca bir şəhərdir (Gəncədən də kiçik), və xaricdən gələn işçilər əsasən BMT tərəfindən cəlb olunur.  Ona görə də, azərbaycanlılar olsa da, İKT sahəsində çalışanların sayı azdır. Lakin İsveçrənin başqa Kantonlarında İKT sahəsində azərbaycanlılar az deyil, hətta deyərdim pozitiv təəccüb doğuran sayda çoxdur.

Fikrimcə, beyin axınını dövlət tərəfindən tənzimləmək düzgün – bu yalnız ümumi həyat səviyyəsinin artırılması ilə həll olunacaq. Yəni Azərbaycanda rahat yaşayıb işləmək olarsa, xaricə heç kim getməyəcək.

- Necə düşünürsüz, Azərbaycan İKT sahəsində harda yalnış edir? Məsələn, müşahidələrimiz göstərir ki, bu sahədə dünyada kifayət qədər güclü məktəblər, universitetlər var və bunun nəticəsində güclü kadrlar formalaşır. Siz də elə hesab edirsiniz ki, hər şey elə təhsildən başlayır? Azərbaycan bu sahədə nələr edə bilər?

Əlbəttə ki, təhsilin keyfiyyəti artırılmalıdır. Bu tək İKT deyil, bütün təhsilə aiddir. Amma bir məqama ayrıca toxunum, nədənsə Azərbaycanda peşə təhsilinə fikir verilmir. Nümunə üçün, proqramlaşdırma bilikləri, frontend, backend bacarıqları Fransa və İsveçrədə heç də ali təhsilin bir hissəsi hesab olunmur.
 
Azərbaycanda hətta magistratura səviyyəsində tədris olunan bəzi mövzular, Cenevrədə peşə məktəblərin proqramındadır.Bu  kontekstdə  onu da deyə bilərəm ki, İsveçrədə orta məktəb məzunlarının yalnız 20% təhsilini universitetlərdə davam edir, və bu tam normal hesab olunur. Qısaca desək, proqramçı, sistem inzibatçısı, frontend mütəxəssisi ali təhsil müəssisəsi tərəfindən deyil, peşə məktəbi tərəfindən hazırlanmalıdır. İsveçrədə peşə məktəbi məzunu olaraq İKT sahəsində yüksək maaşla iş tapmaq şansı, ali məktəbdən sonra iş tapmaq şansından dəfələrə, bəlkə onlarla yuxarıdır.
 
- Bir İT mütəxəssisi kimi Sizi nə qane edir?  

İlk növbədə maraqlı iş. Təəsüf ki, maaş yaxşı olmayanda, maraqlı işə belə həvəs itir.
 
- Elmi  araşdırmalar da edirsiniz. Bu, İKT-yə bağlıdır? Nələr edirsiniz? Ölkəmizə bu sahədə necə dəstək göstəririsiniz? Araşdırmalarınız hansı istiqamətdədir?

- Artıq qeyd etdiyim kimi, AzTU ilə əməkdaşlığımı başlamışam. Araşdırmalar kibertəhlükəsizlik sahəsində olacaq, amma daha çox diqqət Azərbaycanda bu sahədə ali təhsilin gücləndirməsinə yetirəcəyik. İnşallah bu tədris ilində ilk dərslərimin başlanması planlaşdırırıq.

- Avropda araşdırma ilə məşğul olanlara münasibət və yanaşma necədir? Bu sahəyə kifayət qədər diqqət ayrılırmı?

Bəli, həm mənəvi həm maddi dəstək. Bir çox hallarda dövlət tərəfindən, amma özəl qurumların da dəstəyi az deyil.
 
Məltəm Şahbazova 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq
İqtisadiyyat 07:41
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq
ABŞ-ın iri banklarının müştəriləri xidmətlərdə texniki nasazlıqlarla üzləşiblər
İqtisadiyyat 07:34
ABŞ-ın iri banklarının müştəriləri xidmətlərdə texniki nasazlıqlarla üzləşiblər
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
İqtisadiyyat 16:57
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
İqtisadiyyat 16:24
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
İqtisadiyyat 16:00
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
ABB ölkəmizdə insan kapitalını araşdırdı
İqtisadiyyat 12:52
ABB ölkəmizdə insan kapitalını araşdırdı
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
İqtisadiyyat 12:49
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
İqtisadiyyat 12:35
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
İqtisadiyyat 12:31
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol