Valyuta hərracı keçirildi

Avqustun 30-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib. Bu barədə AMB-nin rəsmi saytı məlumat yayıb.
Hərracda tələb 63,9 milyon ABŞ dolları olub və tam təmin edilib.
Sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (25 avqust 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 3,3% azalıb. Ötən hərracda tələb 66,1 mln. ABŞ dolları olub.
Hərracda manatın məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 07:41
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq

İqtisadiyyat 16:57
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub






















