IGB-yə Bolqarıstan ərazisində Akt-15 sənədi verilib

Yunanıstan-Bolqarıstan İnterkonnektoruna (IGB) Bolqarıstan ərazisində tələb olunan daha bir sənəd - Akt-15 verilib. Bu, interkonnektorun tikintisinin başa çatmasını təsdiq edən sondan əvvəlki sənəddir. Bu barədə "Report”a Trans-Adratik boru kəməri (TAP) ilə Azərbaycan təbii qazının Avropaya çatdırılmasına imkan verəcək interkonnektorun operatoru olan ICGB şirkətindən bildirilib.
"Yunanıstan-Bolqarıstan İnterkonnektoru hazırda Bolqarıstan ərazisində Akt 15 sənədini alıb. Boru kəmərinin istismara verilməsi ilə bağlı prosedurlar qrafik üzrə aparılır və kommersiya əməliyyatları oktyabrın 1-dən başlayacaq”, - şirkətdən qeyd edilib.
Təbii qaz kəmərinin istismara tam hazır olduğunu təsdiq edən son icazə sənədi Akt-16-dır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 07:41
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq

İqtisadiyyat 16:57
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub






















