• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin dəstəyi ilə İtaliyada ölkə rekordu qırıldı

ABB-nin dəstəyi ilə İtaliyada ölkə rekordu qırıldı
20.09.2022 15:16
ABB-nin Müştəri xidmətləri departamentinin direktor müavini Teymur Fərəcov bu günlərdə İtaliyanın Cervia şəhərində triatlon idman növündə keçirilmiş "İronman” status turnirində Azərbaycan üzrə rekord qazanıb. O, verilmiş tapşırığı 10 saat 12 dəqiqə 8 saniyəyə yerinə yetirib. Teymur Fərəcovla bu rekordu və ümumən turnir haqqında danışdıq.

-"İronman” status turnirinin əsas özəllikləri nədir?

-Bu turnir tratlion idman növünün ən çətin yarışlarından sayılır. Biz finişə qədər dayanmadan 3.8 km üzməli, sonra velosipedlə 180 km məsafə qət etməli, ardınca 42.2 km qaçmalı idik. Azərbaycandan olan 14 iştirakçı arasında bu tapşırığı ən qısa müddətdə yerinə yetirə bildim. 
-Ölkəmizin bundan əvvəlki rekodu nə qədər müddət idi? 

-Azərbaycandan olan idmançılar arasında bu "dəmir məsafə” indiyə qədər ən yaxşı nəticə kimi 10 saat 28 dəqiqəyə başa vurulmuşdu. 
-Triatlionla nə vaxtdan məşğulsunuz?

-İki il əvvəl başlamışam. Buna qədər idmanın müxtəlif növləri ilə məşğul olurdum. 

-İndiyə qədər bu idman növü üzrə hansı yarışlarda iştirak etmisiniz?

-İştirak etdiyim yarışların sayı 10-dan çoxdur. Sonuncu dəfə iyulun 3-də Bakıda, Pirallahı adasında keçirilən IronWind 70.3 Triterra yarışında iştirak edib öz yaş kateqoriyam üzrə – yəni, 40-44 yaşlı iştirakçılar arasında bürünc medal qazanmışam. 2022-ci ilin fevralında keçirilən "IronWind Winter Aquathlon” yarışında isə 2-ci yeri tutumuşam. 2021-ci ildə Minskdə, Tallində keçirilən yarışlarda da iştirak etmişəm. Minskdəki yarışda, normativlər əsasən, olimpik məsafə üzrə idi: cəmi 1500 metr üzmək, 45 km velosipedlə hərəkət etmək, 10 km qaçmaq lazım gəlirdi. Tallindəki isə yarım "İronman” məsafəsi idi. İtaliyadakı turnir bu baxımdan indiyə qədərki ən gərgin yarışım oldu. Özümə hədəf qoymuşdum ki, finişə, təxminən 11 saat ərzində çatım. Bu hədəfə daha tez müddətdə çata bilməyimə sevinirəm. 
 
-Niyə məhz triatlon?

-Bu idman növü çox güclü iradə, dəmir intizam tələb edir. Fiziki hazırlıqdan başqa adamı mənəvi-psixoloji cəhətdən də möhkəmləndirir. Triatlonla məşğul olanda imkanlarını sanki yenidən kəşf edirsən, özünəinamın artır. Bundan başqa, məşqlərdə, yarışlarda çoxlu yeni dostlar da qazanırsan.

-Məşqlərə, yarışlara kifayət qədər zamanınız olurmu?

-Elə bir biznes qurumunda çalışıram ki, burada iş həyatımızla şəxsi həyatımız arasında balans yarada bilirik. Ona görə işdən sonra məşqlərə yetərincə zamanım qalır. Yarışlarda iştirakıma da lazımı şərait yaradılır. ABB hər bir əməkdaşının bank fəaliyyətindən kənar bu cür faydalı maraqlarını dəstəkləyir və bizə öz imkanlarımızı reallaşdırmaq üçün mümkün köməyi göstərir. İtaliyadakı yarışda da doğma bankımın dəstəyini hiss etmək mənə əlavə ruh verirdi. 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq
İqtisadiyyat 07:41
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq
ABŞ-ın iri banklarının müştəriləri xidmətlərdə texniki nasazlıqlarla üzləşiblər
İqtisadiyyat 07:34
ABŞ-ın iri banklarının müştəriləri xidmətlərdə texniki nasazlıqlarla üzləşiblər
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
İqtisadiyyat 16:57
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
İqtisadiyyat 16:24
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
İqtisadiyyat 16:00
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
ABB ölkəmizdə insan kapitalını araşdırdı
İqtisadiyyat 12:52
ABB ölkəmizdə insan kapitalını araşdırdı
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
İqtisadiyyat 12:49
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
İqtisadiyyat 12:35
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
İqtisadiyyat 12:31
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol