• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının mərkəzində yeni yol çəkilir - FOTO

Bakının mərkəzində yeni yol çəkilir - FOTO
08.04.2014 23:01
Yeni yol Hüseyn Cavid prospektini Nəriman Nərimanov küçəsilə ilə birləşdirəcək

Bakının mərkəzində, Yasamal rayonunda yeni yol çəkilir.ANS PRESS-in verdiyi məlumata görə, Hüseyn Cavid prospekti ilə Nəriman Nərimanov küçəsi arasında salınacaq yolun inşası üçün artıq həmin ərazidə olan həyət evlərinin söküntüsünə başlanılıb. ANS PRESS-in müxbirinin söküntü yerində çalışan fəhlələrdən və o ərazidə yaşayan sakinlərdən aldığı məlumata əsasən, hazırda sökülən evlər ev sahiblərinin razılığı ilə həyata keçirilir. Razılıq əldə edilməyən həyət evlərinin söküntüsü isə hələlik dayandırılıb. Fəhlələr deyir ki, yolun tikintisini sürətləndirmək üçün yəqin ki, həmin sakinlərin də razılığı alınacaq.Xatırladaq ki, adı çəkilən ərazi Hüseyn Cavid parkının yanında yerləşir və bu yolun açılması Hüseyn Cavid və Parlament prospektlərinin nəqliyyat yükünü xeyli azaldacaq. Dövlət əhəmiyyətli tədbirlərdə bu yolların bağlı olduğunu nəzərə alsaq, yeni yolun çəkilişindən sonra sürücüllər rahat şəkildə Hüseyn Cavid parkının yanından Qutqaşınlı küçəsinə, ordan da Nəriman Nərimanovun heykəlinə doğru gedə biləcəklər. ANN.Az 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol