• $
  • €
  • ₽
  • ₺
  • £

Mirvari Qəhrəmanlı nüfuzlu mükafatın qalibi olub

Mirvari Qəhrəmanlı nüfuzlu mükafatın qalibi olub
29.11.2022 17:51
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı 2022-ci il üçün "İnsan Hüquqları və Biznes sahəsində Mükafat"ının qalibi olub. 

"İnsan Hüquqları və Biznes sahəsində Mükafat" Fondunun təsis etdiyi bu mükafatın qalibi Birləşmiş Millətlər Təşkilatının sahibkarlıq fəaliyyəti və insan hüquqları məsələləri üzrə illik Forumu çərçivəsində 2023-cü il  noyabrın 29-da  elan edilib.

Mükafat "insan hüquqlarının sahibkarlıq fəaliyyətinin mənfi təsirindən qorunması sahəsində böyük uöurlara maliknın" hüquq müdafiəçilərinə təqdim edilir.

Neftçilərin hüquqlarının müdafiəsi təşkilatı 1996-cı ildə bir qrup neftçi tərəfindən təsis edilib və əsasən Azərbaycanda neft-qaz hasilatı və emalı ilə məşğul olan şirkətlərinin insan hüquqlarına təsiri məsələləri ilə məşğul olur. 

Təşkilat neft-qaz sektorunda çalışanların hüquqlarını müdafiə edir və böyük neft-qaz layihələrinin ictimai monitorinqini aparır. . Bundan başqa, təşkilat neft-qaz gəlirlərinin bütün cəmiyyətin mənafeyi naminə şəffaf və ədalətli şəkildə xərclənməsi uörunda mübarizə aparır. 

"2022-ci il üçün mükafatı NHMT-yə - kiçik, amma neft sahəsinin üstünlük təşkil etdiyi ölkədə insan hüquqlarının müdafiəsi üçün böyük işlər görən çox hörmətli təşkilata təqdim etməkdən şadıq", -  Kristofor Eyveri (Christopher Avery) Fondunun direktorlar şurasının üzvləri Riqan Ralf (Regan Ralph) və Valeriya Skortsa (Valeria Scorza) bu gün bildirib.  
 


NHMT-nin fəaliyyət dairəsinə neftçilərin hüquqlarının müdafiəsi, ətraf mühitin mühafizəsi, energetika sahəsində layihələrə ictimai nəzarətin təşkili daxildir.

N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
İqtisadiyyat 16:57
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
İqtisadiyyat 16:24
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
İqtisadiyyat 16:00
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
ABB ölkəmizdə insan kapitalını araşdırdı
İqtisadiyyat 12:52
ABB ölkəmizdə insan kapitalını araşdırdı
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
İqtisadiyyat 12:49
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
İqtisadiyyat 12:35
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
İqtisadiyyat 12:31
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
Mərkəzi Bank 2027-ci ildə qeyri-neft ÜDM-in 4,3 faiz artacağını proqnozlaşdırır
İqtisadiyyat 12:28
Mərkəzi Bank 2027-ci ildə qeyri-neft ÜDM-in 4,3 faiz artacağını proqnozlaşdırır
Nazir: vergi islahatları ilə bağlı gözləntilərimiz özünü doğruldub
İqtisadiyyat 12:21
Nazir: vergi islahatları ilə bağlı gözləntilərimiz özünü doğruldub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol