• $
  • €
  • ₽
  • ₺
  • £

“Unibank” KB ASC səhmdarlarının ümumi yığıncağı qərarını açıqlayıb

“Unibank” KB ASC səhmdarlarının ümumi yığıncağı qərarını açıqlayıb
20.12.2022 18:13
"Unibank” Kommersiya Bankı” ASC səhmdarlarının dekabrın 6-da keçirilən növbədənkənar ümumi yığıncağında gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub. Bankın  strukturunda və idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilməsi barədə məsələnin müzakirəsi zamanı, səhmdarlar idarəetmə strukturunda dəyişikliklər edilməsi ilə bağlı bir sıra qərarlar qəbul ediblər. Səhmdarların qərarına əsasən, Müşahidə Şurasının üzvü Kristof Gabriel Maetze missiyası bitdiyi üçün MŞ üzvü kimi fəaliyyətini dayandırıb. İdarəetmə strukturundakı digər dəyişikliklərə əsasən, 1 yanvar 2023-cü il tarixdən etibarən Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov Müşahidə Şurası sədrinin müavini təyin olunub. Hazırda İdarə Heyəti sədrinin 1-ci müavini, İcraçı direktor vəzifəsində olan Fərid Abuşov İdarə Heyətinin sədri, İdarə Heyətinin üzvü Heybət Qədirov isə İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Ümumi yığıncağın qərarı ilə Risklər üzrə Baş Direktor Tural Həsənov İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı təyin olunub. 

Qeyd edək ki, Müşahidə Şurası sədrinin müavini təyin edilən Faiq Hüseynov Unibank yaranandan (2002-ci ildən) etibarən bankın İdarə Heyətinin sədri olub. Onun banka rəhbərlik etdiyi 20 il ərzində Unibank böyük nailiyyətlərə imza atıb. 1994-cü ildən başlayaraq bank sektorunda rəhbər vəzifələrdə çalışan Faiq Hüseynovun rəhbərliyi dövründə Unibank nüfuzlu beynəlxalq qurumlar tərəfindən 6 dəfə Azərbaycanda ilin ən yaxşı bankı nominasiyalarının qalibi olub. Bu dövrlərdə Avropa Yenidənqurma və İnkişaf  Bankı ilk dəfə "Unibank”ın nümunəsində bir Azərbaycan bankının səhmdarları sırasına daxil olub.  Bu illər ərzində Unibank Azərbaycanın ən aktiv kredit təşkilatı kimi real sektorun inkişafına, iqtisadiyyatın maliyyələşdirilməsinə böyük dəstək göstərib. Bank rəhbərliyinin peşəkar idarəçiliyi və kollektivin əzmkarlığı sayəsində bu illər ərzində əsas maliyyə göstəricilərinə görə, Unibank hər zaman ilk sıralarda olub. Hazırda bankın aktivlərinin həcmi 1,3 milyard manatı ötüb. Məcmu kapitalın həcmi isə 122 milyon manatdan çoxdur. Ölkənin ən innovativ banklarından birinə çevrilən Unibank, ölkə bank bazarı üçün ilk olan "mobile-only” (filialsız bank) prinsipi ilə işləyən Leo rəqəmsal bankçılıq xidmətini də təqdim edib. 

Unibank KB-nin İdarə Heyətinin yeni sədri Fərid Abuşov 15 ildən artıqdır ki, bank sektorunda çalışır. Bank rəhbərliyində uzunmüddətli təcrübəyə malik olan Fərid Abuşov, 2019-cu ilin iyun ayından Unibank komandasının üzvüdür. O, Böyük Britaniyanın University College London (UCL) Universitetinin "İqtisadiyyat” və Royal Holloway Universitetinin "Ekonometrika və İqtisadiyyat” ixtisasları üzrə məzunudur.

İdarəetmə sistemində edilən yeniliklər, yeni kadr təyinatları "Unibank”ın yaxın illərdə ölkə bank bazarında mövqeyini daha da gücləndirməklə yanaşı, daxili kadr potensialından bank rəhbərliyində daha səmərəli istifadə etmək məqsədlidir və eyni zamanda daxili kadrlara yüksək dəyərin göstəricisidir. Bankın korporativ idarəçiliyində yeni mərhələ olan bu addım, təcrübəli və peşəkar kadrların Müşahidə Şurasında təmsil olunması, Şura üzvlərinin  bankın idarəçiliyində yaxından iştirakına şərait yaratmaq məqsədi daşıyır. Bankda uzun müddət çalışan peşəkar rəhbərlik heyətinin Müşahidə Şurasında təmsil olunması prosesi davam edəcək. Bu, həm də bankın İnsan Resursları Strategiyasına uyğun olaraq daxili kadrların inkişaf etdirilməsi və rəhbər vəzifələrin onlara həvalə edilməsi istiqamətində növbəti addımdır.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
İqtisadiyyat 16:57
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
İqtisadiyyat 16:24
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
İqtisadiyyat 16:00
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
ABB ölkəmizdə insan kapitalını araşdırdı
İqtisadiyyat 12:52
ABB ölkəmizdə insan kapitalını araşdırdı
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
İqtisadiyyat 12:49
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
İqtisadiyyat 12:35
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
İqtisadiyyat 12:31
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
Mərkəzi Bank 2027-ci ildə qeyri-neft ÜDM-in 4,3 faiz artacağını proqnozlaşdırır
İqtisadiyyat 12:28
Mərkəzi Bank 2027-ci ildə qeyri-neft ÜDM-in 4,3 faiz artacağını proqnozlaşdırır
Nazir: vergi islahatları ilə bağlı gözləntilərimiz özünü doğruldub
İqtisadiyyat 12:21
Nazir: vergi islahatları ilə bağlı gözləntilərimiz özünü doğruldub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol