Bakı ilə Belqrad arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

Bakı ilə Belqrad arasında birbaşa aviareyslər 2023-cü ildə açılacaq.
"2023-cü ilin sonuna kimi Belqrad və Bakı arasında birbaşa aviareyslər yaradılacaq ki, bu da turizm və işgüzar əlaqələrin inkişafına töhfə verəcək. Bu, serbiyalı turistlər və iş adamları, eləcə də Serbiyaya səfər edən azərbaycanlı iş adamları üçün yaxşı imkan olacaq”, - Vuçiç bildirib.
O əlavə edib ki, Bakıya ilə Belqrad arasında reyslər üç saat on dəqiqəyə icra ediləcək.
Vuçiçin sözlərinə görə, Bakıya uçuşlar "əsas və əhəmiyyətli marşruta” çevriləcək.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 16:57
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub























