• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibkarlar Unibanka təşəkkür edirlər

Sahibkarlar Unibanka təşəkkür edirlər
23.12.2022 13:45
Etibarlı maliyyə tərəfdaşı biznes sahibinin ən yaxın dostudur. 30 illik yubileyini qeyd edən Unibank, bu illər ərzində onminlərlə sahibkarın etibarlı maliyyə tərəfdaşı, bizneslərinin inkişafında ən yaxın dəstəkçisi olub. Hazırda Bankın biznes müştəriləri siyahısında yüzlərlə sahibkar var ki, onlar ilk bizneslərini "Unibank”ın maliyyə dəstəyi ilə qurublar və uzun illərdir bu dəstək davam edir. Biznes sahiblərinin bu uzun müddətdə bankla əməkdaşlıqda loyal, etibarlı münasibətlərinin səbəbi nədir? Sahibkarlar uzunmüddətli maliyyə tərəfdaşı olaraq niyə "Unibank”ı seçirlər? Bu sualları biznes sahibləri cavablandırıb.

27 ildən artıq müddətdə "Unibank”ın müştərisi olan sahibkar Əlibala müəllim hesab edir ki, müştərini bankda saxlayan əsas amil hörmət, səmimi münasibət və qarşılıqlı etibardır: "Unibank bu gün həm bazarın ən yenilikçi banklarından biridir, həm də dəyərlərinə sadiqdir. 27 il əvvəl mən ilk dəfə banka kredit üçün müraciət etmişəm, bu gün isə "Unibank”dan sahibkara lazım olan bütün xidmətləri ala bilirəm. Banka getmədən bu qədər xidmət, məhsul ala bilmək iş adamına çox vaxt qazandırır. "Unibank”la aramızda hər zaman qarşılıqlı etibar olub və burda ən xoşuma gələn, müştəriyə dost kimi baxılmasıdır. Bu illər ərzində bankla aramızda yaranan münasibət işgüzar əməkdaşlıqdan çox etibarlı dost münasibətidir. Bankın dəstəyi sayəsində biz də ölkəmizin iqtisadiyyatına öz faydamızı veririk”.  

Sahibkar Faiq müəllim 1998-ci ildən bankın müştərisidir. "Unibank”ın ən bəyəndiyi tərəfi hər zaman yeniliklərə açıq olmasıdır: "Unibank bu gün bazarın ən innovativ banklarından biridir. Bizim şirkət hesabımız da burdadır. "Unibank müştəri ilə daim ünsiyyətdə olur, kolektivi səmimidir, hər zaman müştərini dinləyir, anlayır və dəstək olurlar. Ona görə də bu işgüzar münasibətlər zamanla dostluğa çevrilir. Bu gün mən lazım olan bütün xidmətləri banka getmədən, elə işimin başında bankımdan ala bilirəm. Demək olar ki, əksər xidmətlərdən onlayn formada istifadə edə bilirəm”.

Sahibkar Mürvət müəllim 12 ildən çoxdur "Unibank”ın müştərisidir: "Unibank dayanıqlı maliyyə dəstəyi ilə Azərbaycanda aqrar sektorun, sənayenin inkişafna hər zaman xüsusi dəstəyini göstərib. Biz sahibkarlar olaraq bu dəstəyi hər zaman müşahidə etmişik. Bu 12 il ərzində mən banka nə vaxt müaraciət etmişəm, anında biznesimə dəstək göstərilib. Söhbət tək kredit müraciətindən getmir. Bank xidmətlərindən onlayn formada istifadə etmək, operativ xidmət, sərfəli əmək haqqı layihəsi bankın müştərisi olan sahibkarların işini xeyli asanlaşdırır. Bankın əməkdaşları hər zaman xoş münasibət, məsuliyyətli davranış və yüksək peşakarlıq göstərib. "Unibank”da müştəriyönümlülük, dostyana münasibət məni həmişə razı salıb. Arzu edirəm ki, Unibank ölkə bank sektorunda hər zaman layiqli yerini tutsun”.  

Sahibkar Nizam müəllim də 13 ildir "Unibank”ın müştərisidir. Sahibkar bankı 24/7 bank adlandırır: "Bu uzun müddətdə "Unibank”la çox xoş bir əməkdaşlıq münasibətimiz, hətta deyərdim ki səmimi dostluğumuz yaranıb. Hər lazım olduğunda anında bankın dəstəyini hiss etmişəm. Ən əsası isə Unibank mənim 24/7 bankımdır. Həftənin hansı günündən, günün hansı vaxtından asılı olmayaraq, nə vaxt ehtiyac yaranarsa, bilirəm ki məsələ həllini tapacaq. Bankın əməkdaşlarından çox razıyam, hər zaman səmimiyyət və peşəkar münasibət görmüşəm. Əminliklə deyə bilərəm ki, bu illər ərzində biz "Unibank”la bir partnyor, maliyyə tərəfdaşı deyil, yaxın və etibarlı dost olmuşuq”.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
İqtisadiyyat 16:57
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
İqtisadiyyat 16:24
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
İqtisadiyyat 16:00
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
ABB ölkəmizdə insan kapitalını araşdırdı
İqtisadiyyat 12:52
ABB ölkəmizdə insan kapitalını araşdırdı
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
İqtisadiyyat 12:49
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
İqtisadiyyat 12:35
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
İqtisadiyyat 12:31
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
Mərkəzi Bank 2027-ci ildə qeyri-neft ÜDM-in 4,3 faiz artacağını proqnozlaşdırır
İqtisadiyyat 12:28
Mərkəzi Bank 2027-ci ildə qeyri-neft ÜDM-in 4,3 faiz artacağını proqnozlaşdırır
Nazir: vergi islahatları ilə bağlı gözləntilərimiz özünü doğruldub
İqtisadiyyat 12:21
Nazir: vergi islahatları ilə bağlı gözləntilərimiz özünü doğruldub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol