• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il qaz ixracı 18 faiz artıb

Ötən il qaz ixracı 18 faiz artıb
13.01.2023 12:30
Azərbaycan 2022-ci ildə qaz ixracını 18% artıraraq 22,3 milyard kubmetrə çatdırıb. Bu barədə  energetika naziri Pərviz Şahbazov bildirib.

 Şahbazov "Twitter” səhifəsində yazıb ki, 2022-ci ildə Azərbaycan qazının Avropaya ixracı 11,4 milyard kubmetr (2021-ci illə müqayisədə 12,3 faiz artıb, - red) və ya Azərbaycan ixracının 51 faizini təşkil edib.

Türkiyəyə qaz ixracı 8,4 milyard kubmetr (ümumi ixracın 38 faizi), Gürcüstana 2,5 milyard kubmetr (ümumi ixracın 11 faizi) təşkil edib. Eyni zamanda, hesabat dövründə TANAP qaz kəməri ilə Türkiyəyə 5,6 milyard kubmetr qaz nəql edilib.

Azərbaycan 2021-ci ildə 19 milyard kubmetr qaz ixrac edib ki, bunun da 8,2 milyard kubmetri Avropanın payına düşüb.

2023-cü ildə qaz ixracı 24 milyard kubmetr səviyyəsində planlaşdırılır ki, bunun da təxminən 12 milyard kubmetri Avropayadır.

 
Lida Abbaslı

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
İqtisadiyyat 16:57
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
İqtisadiyyat 16:24
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
İqtisadiyyat 16:00
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
ABB ölkəmizdə insan kapitalını araşdırdı
İqtisadiyyat 12:52
ABB ölkəmizdə insan kapitalını araşdırdı
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
İqtisadiyyat 12:49
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
İqtisadiyyat 12:35
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
İqtisadiyyat 12:31
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
Mərkəzi Bank 2027-ci ildə qeyri-neft ÜDM-in 4,3 faiz artacağını proqnozlaşdırır
İqtisadiyyat 12:28
Mərkəzi Bank 2027-ci ildə qeyri-neft ÜDM-in 4,3 faiz artacağını proqnozlaşdırır
Nazir: vergi islahatları ilə bağlı gözləntilərimiz özünü doğruldub
İqtisadiyyat 12:21
Nazir: vergi islahatları ilə bağlı gözləntilərimiz özünü doğruldub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol