• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin Sumqayıt filialı da yeniləndi

ABB-nin Sumqayıt filialı da yeniləndi
16.02.2023 12:34
ABB filialların transformasiyası layihəsini davam etdirərək xidmət ofislərini yeniləyir. Bankın Sumqayıt filialı yeni konseptdə müştərilərin istifadəsinə verilib. Filial Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 112/14 ünvanında fəaliyyət göstərir. 

Burada müştərilərə ən yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Fərdi və korporativ müştərilər Sumqayıt filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.

ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev bildirib: "Sumqayıt əhali sayına və sənaye əhəmiyyətinə görə ölkəmizin ən böyük şəhərlərindəndir. ABB-nin Sumqayıt filialında yaradılmış müasir şərait burada həm korporativ, həm fərdi müştərilərimizə yüksək xidmət imkanı verir. Yaxın gələcəkdə bu şəhərdə xidmət şəbəkəmizi daha da genişləndirmək üçün əlavə tədbirlər nəzərdə tuturuq. ABB-nin yeni brend kimliyinə uyğun olaraq filiallarımızın simasının yenilənməsi prosesi də uğurla davam edir. Bu proses digər regionlarımızda da həyata keçiriləcək”. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol