• $
  • €
  • ₽
  • ₺
  • £

Yanvarda BTC ilə tranzit neftinin ixracı azalıb

Yanvarda BTC ilə  tranzit neftinin ixracı  azalıb
20.02.2023 21:34
2023-cü ilin yanvarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilən  neftin həcmi 2 milyon 533,5 min ton təşkil edib ki, bu da 2022-ci ilin yanvarıı ilə müqayisədə 10,2% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi xəbər verib.

2023-cü ilin yanvarında  Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunmuş neftin ümumi həcminin 77,8 faizi BTC neft kəməri ilə vurulub.

Agentliyin məlumatına görə, 2023-cü ilin yanvarında BTC ilə vurulan tranzit neft 370,6 min ton (azalma 13,8%) təşkil edib.

2022-ci ildə BTC boru kəməri ilə vurulan neftin həcmi 29 milyon 749,6 min ton (artım 12,6%), o cümlədən 5 milyon 103,9 min ton tranzit neft (+ 41,8%) təşkil edib.

Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft və "Şahdəniz” yatağından hasil edilən kondensat, həmçinin SOCAR nefti nəql edilir.  BTC ilə Xəzər dənizi regionunun başqa ölkələrində hasil edilən neft də  dünya bazarıma ixrac olunur. 

BTC neft kəmərinin uzunluğu 1768 min km-dir. Bunun 443 km-i Azərbaycanda, 249 km-i Gürcüstanda, 1076 km-i Türkiyədən keçir. Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon ton təşkil edir. .

BTC Co.-nun səhmdarları  BP (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGCVidesh (2,36%) şirkətləridir. 
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan buğda idxalına çəkdiyi xərci 17 %-ə yaxın artırıb
İqtisadiyyat 17:27
Azərbaycan buğda idxalına çəkdiyi xərci 17 %-ə yaxın artırıb
Azərbaycanın 10 ayda Ermənistana ixracının dəyəri açıqlanıb
İqtisadiyyat 15:39
Azərbaycanın 10 ayda Ermənistana ixracının dəyəri açıqlanıb
"Fitch": "Brent" markalı neftin qiyməti gələn il 65 dollara düşəcək
İqtisadiyyat 12:44
"Fitch": "Brent" markalı neftin qiyməti gələn il 65 dollara düşəcək
Nazir: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq
İqtisadiyyat 11:53
Nazir: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq
Ukrayna ordusu Zaporojye və Belqoroda PUA zərbələri endirib, altı nəfər ölüb
İqtisadiyyat 11:40
Ukrayna ordusu Zaporojye və Belqoroda PUA zərbələri endirib, altı nəfər ölüb
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
İqtisadiyyat 11:25
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
Bakıda “Ümumdünya Dayanıqlı Nəqliyyat Günü – 2026” beynəlxalq forumu işə başlayıb
İqtisadiyyat 11:09
Bakıda “Ümumdünya Dayanıqlı Nəqliyyat Günü – 2026” beynəlxalq forumu işə başlayıb
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
İqtisadiyyat 10:53
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Ailə başçısını itirməyə görə pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:47
Ailə başçısını itirməyə görə pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol