• $
  • €
  • ₽
  • ₺
  • £

"Gələcək üçün kodlaşdır" hakatonunun qalibləri mükafatlandırıldı

"Gələcək üçün kodlaşdır" hakatonunun qalibləri mükafatlandırıldı
17.03.2023 16:48
Azercell-in dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə keçirilən  yarışmada 400-ə yaxın tələbə iştirak etdi

Kommunikasiya, innovasiyalar və texnologiyalar sahələrini əhatə edən yarışmanın nəticələri mart ayının 15-i Azərbaycan-Fransız Universitetində baş tutan təltifetmə mərasimində açıqlandı. Ümumilikdə, ölkənin 17 təhsil ocağında təhsil alan 400-ə yaxın tələbənin müraciət etdiyi hakatonun final mərhələsində 30 komanda yarışmaq imkanı əldə etdi. 

Müsabiqə boyunca iştirakçıları Azercell və UFAZ-ın ekspertlərindən ibarət olan mentorlar qrupu müşayiət edib, öz peşəkar məsləhətlərini onlar ilə bölüşdülər. Komandalar 48 saat ərzində "korporativ bazar həlli”, "xərclərin idarə edilməsi həlli”, "oyun funksiyalı həll”, "rəqəmsal aktiv bazar həlli” və " istedadların satışı həlli” mövzularını əhatə edən proqramlaşdırma tapşırıqları üzərində çalışdılar. 

Münsiflər heyətinin qərarı ilə 1-ci yerə "3leet”, 2-ci yerə "Perihelion” , 3-cü yerə isə "Optimum” komandası layiq görüldü. Qeyd edək ki, komandalar təqdim etdiyi texniki və biznes təqdimatlara əsasən dəyərləndirildi. Qaliblər müvafiq olaraq 3000, 2000 və 1000 AZN dəyərində pul mükafatları və Azercell-in xüsusi hədiyyələri ilə təlftif olundular. 

Azərbaycanda yeni İKT mütəxəssisləri nəslinin inkişafına dəstək verməyi öz korporativ sosial məsuliyyət siyasətinin vacib istiqaməti hesab edən Azercell yarışmanın qaliblərini bir daha təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayır!






www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol