Bakıda iki böyük küçənin təmirinə başlandı

Paytaxtın Binəqədi rayonunda 2 yolun asfalt örtüyünün yenilənməsinə başlanılıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, bu gündən etibarən Binəqədi rayonu Əcəmi Naxçıvani və Molla Cümə küçələrinin təmiri işlərinə başlanılıb: "Hazırda yollardakı köhnə asfalt-beton örtüyü qaşınır. Bu işlər başa çatdıqdan sonra yeni alfalt-beton örtüyü salınacaq. Küçədə asfalt örtüyünün yenilənməsi mərhələlərlə həyata keçirilərək istifadəyə veriləcək".
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















