• $
  • €
  • ₽
  • ₺
  • £

21 ABB meneceri “Executive Mini-MBA” proqramını uğurla başa vurdu!

21 ABB meneceri “Executive Mini-MBA” proqramını  uğurla başa vurdu!
18.05.2023 17:18
ABB menecerlərinin fərdi inkişafı məqsədilə Türkiyənin ən nüfuzlu ali təhsil mərkəzlərindən olan Koç Universiteti ilə birgə təşkil edilmiş "Executive Mini-MBA” proqramı başa çatıb. 

21 ABB meneceri "Executive Mini-MBA” təhsilini nailiyyət sertifikatı ilə başa vurub. Bu münasibətlə Koç Universitetinin əsas kampusunda ABB və Universitet rəhbərliyinin iştirakı ilə təntənəli məzun günü tədbiri keçirilib.  

Tədbirdə çıxış edən ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu nailiyyət münasibətilə Bank menecerlərini təbrik edib. ABB ilə uğurlu tərəfdaşlığa görə Koç Universitetinə minnətdarlığını bildirib. İdarə Heyətinin sədri bu effektiv layihə ilə ABB-də peşəkar inkişaf üçün daha bir faydalı təcrübənin formalaşdığını diqqətə çatdırıb. Qeyd edib ki, proqram davamlı olacaq, Bankın daha çox meneceri bu imkandan faydalana biləcək. 

Tədbirdə Koç Universitetinin vitse-prezidenti, professor Zeynep Gürhan, Universitetin Biznes məktəbinin İcraçı direktoru Nida Bektaş da çıxış edərək məzunlara və Banka gələcək fəaliyyətdə uğurlar arzulayıblar. 

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol