• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank və Qırmızı Ürəklərin iştirakı ilə Xəzərin Hövsan sahili tullantılardan təmizlənib

Kapital Bank və Qırmızı Ürəklərin iştirakı ilə Xəzərin Hövsan sahili tullantılardan təmizlənib
22.08.2023 11:43
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə həyata keçirilən "Təmiz ölkəm” təmizlik aksiyasına Kapital Bank və Qırmızı Ürəklər Fondu da qoşuldu. Ötən həftəsonu baş tutan aksiya çərçivəsində bankın əməkdaşlarından ibarət fondun könüllüləri Xəzərin Hövsan sahili ərazisinin tullantılardan təmizlənməsində iştirak etdilər.
 
Təşkil olunan ekoloji aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, Hövsan qəsəbəsi bələdiyyəsinin, "Saipem” və "Bahar Energy” şirkətlərinin əməkdaşları, Aqrar İnkişaf könüllüləri və Eko könüllülər iştirak ediblər. Həmçinin aksiyaya sahil zonasında istirahət edən sakinlər də qatıldılar.
 
Aksiya zamanı ümumilikdə 4 hektar sahədən 1,2 tondan artıq məişət tullantısı təmizlənərək ərazilərdən daşınıb.
 
Qırmızı Ürəklər Fondunun vitse-prezidenti Yusif Poladov bildirdi ki, təmizlik aksiyasının keçirilməsində məqsəd Xəzərin sahilboyu ərazilərində təmizliyə riayət olunmasını təbliğ etməklə sahil zonalarının plastik və məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaqdır. O, vətəndaşlarımızı sosial məsuliyyətli olmağa, təbiətimizə qayğı ilə yanaşmağa çağırdı.
 
Qeyd edək ki, Qırmızı Ürəklər 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda fond kimi fəaliyyət göstərən təşkilat əsasən uşaq evlərinə, sığınacaqlara və ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol