• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” “Stevie” mükafatına layiq görüldü

“Nar” “Stevie” mükafatına layiq görüldü
24.08.2023 17:35
"Nar” "Stevie® International Business Awards” beynəlxalq biznes mükafatını qazandı. "Nar” bu mükafatı "Müştəri məmnuniyyəti” nominasiyasında, son 2 il ərzində müştəri xidmətləri sahəsində uğurlarına görə layiq görüldü.

Mükafatın müstəqil hakimlərinə "Nar”ın yüksək müştəri məmnuniyyətini təmin etmək istiqamətində həyata keçirdiyi irimiqyaslı layihələr haqqında geniş hesabat təqdim edildi. Şirkətin məsafədən göstərdiyi müştəri xidmətləri,  yüksək rəqabət olan Azərbaycan bazarında Müştəri Loyallığı İndeksində (Net Promoter Score) liderliyi beynəlxalq münsiflər tərəfindən xüsusi vurğulanıb.

Stevie® Awards 2002-ci ildə ABŞ-da təsis olunub və dünya üzrə biznes sahəsində fəaliyyət göstərən şirkətlərin və şəxslərin nailiyyətlərini qiymətləndirir və uğurlu nümunə kimi tanıdır. Qeyd ki, "Nar” artıq 2-ci dəfədir bu mükafata layiq görülür.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol