• $
  • €
  • ₽
  • ₺
  • £

Gənclərimiz Türkiyədə ölkəmizi uğurla təmsil etdilər

Gənclərimiz Türkiyədə ölkəmizi uğurla təmsil etdilər
28.09.2023 15:13
Azercell-in dəstəyi ilə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış 10 gənc mütəxəssis Türk Telekom-un ənənəvi təlimlərinə qatılıb

Azercell-in təşəbbüsü və dəstəyilə Türkiyədə kibertəhlükəsizlik düşərgəsinə qatılan tələbələr lider mobil operatorun nümayəndə heyəti ilə görüşdü. Türk Telekom-un təşkilatçılığı ilə "Gələcəyin kiberqəhrəmanlarından biri ol” şüarı altında baş tutan təlimlərdə yüksək performansla fərqlənərək ölkəmizi layiqincə təmsil edən tələbələrə xüsusi sertifikatlar və hədiyyələr təqdim edildi. Görüş çərçivəsində gənclərlə fikir mübadiləsi aparıldı, onların təklifləri dinlənildi. 

Qeyd edək ki, 10 gün boyunca davam edən təlim proqramında  iştirakçılar kibertəhlükəsizlik üzrə həm nəzəri, həm də praktiki biliklərə sahib olmaqla yanaşı, Türkiyənin aparıcı şirkətlərinin nümayəndələri ilə də görüşmək imkanı əldə etdilər. Tələbələr qazandıqları təcrübənin gələcək fəaliyyətlərində və  karyeralarında əhəmiyyətli rol oynayacağını bildirdilər. 

Xatırladaq ki, "Azercell Telekom” MMC Azərbaycanda kibertəhlükəsizlik mühitinin inkişafı, bu sahənin ən son tendensiyalarını və ən yaxşı təcrübələrini ölkəmizə gətirilməsi məqsədilə irimiqyaslı layihəyə ilin əvvəlində start verib. Şirkət mövcud kibertəhlükəsizlik həllərini modernləşdirmək və yenilərini inkişaf etdirmək üçün hazırladığı fəaliyyət planını uğurla tətbiq etməyə davam edir. Bu layihənin mühüm istiqamətlərindən biri Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslaşan mütəxəssislərin peşəkar inkişafına  töhfə verməkdir. Bu təşəbbüs çərçivəsində gənc mütəxəssislər üçün müxtəlif təlimlər təşkil ediləcək, şirkətdə təcrübə imkanları yaradılacaq. 

Azercell Türkiyədə baş tutan təlimlərdə uğurlu fəaliyyətləri ilə fərqlənən tələbələri bir daha təbrik edir, onlara gələcək karyeralarında uğurlar diləyir!



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol