• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkədə ilk: Birbank Biznes-də sahibkarlar hesabı üz tanıma ilə açır

Ölkədə ilk: Birbank Biznes-də sahibkarlar hesabı üz tanıma ilə açır
30.10.2023 11:01
Hüquqi şəxs və fərdi sahibkarların istifadəsində olan Birbank Biznes-də qeydiyyat prosesi asanlaşdırıldı. Belə ki, ölkədə ilk dəfə olaraq fərdi sahibkarlar biznes hesab açmaq üçün yeni "Üz identifikasiyası vasitəsilə qeydiyyat” funksiyasından yararlana bilərlər.

Bu yenilik sayəsində Birbank Biznes-də hesab açmaq üçün şəxsiyyət vəsiqəsinə ehtiyac olmadan şəxsi və şirkət haqqında ilkin məlumatları doldurmaq, "Asan İmza” ilə müqavilə və özünü qiymətləndirmə anketini təsdiqləyərək qeydiyyatı video üz tanıma ilə tamamlamaq kifayətdir. Bütün proses ortalama 3 dəqiqə vaxt aparır və biznes sahiblərinə filiala yaxınlaşmadan daha sürətli şəkildə Birbank Biznes-də qeydiyyatdan keçməyə, vaxta qənaət etməyə imkan verir.

Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:
Biznes bank hesablarının açılması

Təcili köçürmələr, milli və xarici valyutada köçürmələr

Nağdsız ödənişlər 

Əməkhaqqı və biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil

POS-terminal sifarişi, POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması

Cari və kart hesabından QR-nağdlaşdırma

Sənəd dövriyyəsi və sənədlərin kütləvi imzalanması

Biznes krediti və bank qarantiyaları

Mobil POS, e-ticarət və "Kliklə ödə” xidmətləri

Özəl tarif paketləri və s.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir.

Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol