• $
  • €
  • ₽
  • ₺
  • £

ABB səhmdarlarına yüksək məbləğdə dividend ödəməyi hədəfləyir

ABB səhmdarlarına yüksək məbləğdə dividend ödəməyi hədəfləyir
11.01.2024 12:27
Regionun ən böyük banklarından olan ABB dünən 32 yaşını qeyd etdi. 1992-ci ilin 10 yanvarında fəaliyyətə başlamış ABB 32 ildir ki, müştərilərə, o cümlədən bizneslərə universal maliyyə xidmətləri göstərir, strateji hədəflərinə uyğun olaraq inkişaf edir, böyüyür.  

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovla müsahibəmizdə Bankın 2023-cü il üzrə maliyyə nəticələrinə nəzər saldıq: 

  - Abbas müəllim, ABB 2023-cü ili hansı maliyyə nəticələri ilə tamamladı?

  - Ötən il ABB-nin yeni, 2023-2025-ci il strateji inkişaf dövrünün ilk ili idi və biz bu strateji ili olduqca uğurlu nəticələrlə başa vurduq. Prudensial hesabatlara əsasən, ABB ötən il 322 mln. manat xalis mənfəət qazanıb. Bu, 2022-ci illə müqayisədə 27% artım deməkdir. 2023-cü ildə ABB-nin cəmi əməliyyat mənfəəti 388 mln. manatdan 484 mln. manata yüksəlib. Vergidən əvvəl xalis mənfəətimiz isə 421 mln. manata çatıb. 

- Gəlirlərin artmasına hansı amillər təsir göstərib?

- Ötən il həm korporativ, kiçik və orta biznes müştərilərimizin, həm də riteyl müştərilərimizin sayı böyük həcmdə artıb. Yeni texnologiyaların tətbiqinin, xidmət keyfiyyətinin yüksəlməsinin burada, təbii ki, böyük rolu var. Bazara təqdim etdiyimiz yeni məhsul və loyallıq proqramları sayəsində müştərilərimizin aktivliyi də artıb. Belə ki, aktiv müştərilərimizin sayında il ərzində 25% artım qeydə alınıb. Kredit portfelimiz 2023-cü ilin əvvəli ilə müqayisədə 1.5 mlrd. AZN, yəni 43% artaraq 5 mlrd. manatı ötüb. İl ərzində korporativ biznes və kiçik sahibkarlar üzrə kredit portfelimizdə də 900 mln. manata yaxın və ya 53% artım olub. 

- Bank ötən ilin nəticələrinə əsasən dövlət büdcəsinə nə qədər vergi ödəyib? 

- ABB 2023-ci il ərzində dövlət büdcəsinə ümumilikdə 117 mln. manat vergi ödəyib. Bunun 84 mln. manat hissəsi mənfəət vergisi olub. Bundan başqa, ABB 2022-ci ilin mənfəətindən ötən il səhmdarlarına 156 mln. manat dividend də ödəyib. Bankın səhmlərinin 96,4%-i dövlətə məxsus olduğundan dividendlərin 151 mln. manatı məhz dövlətə ödənib. 
 
Ümumən, son 5 ildə mənfəət vergisi, səhmdarlara ödənilən dividendlər nəzərə alınmaqla dövlət büdcəsinə və sosial yönümlü layihələrə ABB 1.3 mlrd. manatdan çox ödənişlər edib.

- Bu il səhmdarları hansı məbləğdə dividend gözləyir?

- ABB əsas səhmdarımız olan dövlətə, həmçinin sayı 1800-ü ötən fiziki şəxs və özəl səhmdarlarımıza son beş ildə davamlı şəkildə yüksək dividendlər ödəməkdədir. Bu il də istisna olmayacaq. Bilirsiniz ki, səhmdarlara dividend qərarı üçün, əvvəlcə konsolidə edilmiş maliyyə hesabatlarımıza kənar audit şirkəti tərəfindən rəy verilməli, daha sonra Səhmdarların Ümumi Yığıncağında dividendlərin ödənilməsi ilə bağlı qərar qəbul olunmalıdır. 2023-cü il ABB-nin sağlamlaşma dövründən sonra ən yüksək əməliyyat mənfəəti qazandığı ildir. Biz ABB menecmenti olaraq bu il, səhmdarlarımıza ödənilən dividendlərin artırılması və minimum 15% gəlirliliyin təmin olunması məqsədilə 185 mln. manat həcmində dividend ödənişi təklif edəcəyik. Beləliklə, ABB bu il səhmdarlarına yüksək məbləğdə dividend ödəməyi hədəfləyir.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol