• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Rusiyaya yumurta tədarükünü artırıb

Azərbaycan Rusiyaya yumurta tədarükünü artırıb
02.04.2024 10:47
2024-cü ilin birinci rübündə Azərbaycandan Rusiyaya 28,1 mln. ədəd yumurta, Türkiyədən 12,6 mln. ədəd, Belarusdan isə 194,8 mln. ədəd yumurta daxil olub. Bu barədə  "Rosselxoznadzor” məlumat yayıb.
 
Məlumata görə, Azərbaycan və Türkiyədən ərzaq yumurtalarının tədarükü üçün Rusiya bazarının açılışından bəri "Rosselxoznadzor” 42 mln. ədəddən çox yumurtanın idxalına nəzarət edib.

Hazırda 6 Azərbaycan müəssisəsi və 21 Türkiyə şirkətinin Rusiyaya süfrə yumurtasının ixracına icazəsi var.
 
Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası 2023-cü ilin dekabrın 19-da "Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə göndərilib.
 
Yanvarın 30-dan fevralın 5-dək azalma tempi 0,7%-ə qədər səngiyib, sonra azalma dayanıb, fevralın 6-dan 12-dək isə cüzi artım - 0,05%, fevralın 13-dən 19-dək isə qiymətlər 0,2% artıb. Fevralın 20-dən fevralın 26-na kimi onlar 0,2% azalıb.

2023-cü ildə Rusiya Federasiyasının kənd təsərrüfatı təşkilatlarında yumurta istehsalı 1,9% artaraq 38,1 milyard ədədə, bütün kateqoriyalardan olan təsərrüfatlarda 1,2% artaraq 46,7 milyard ədədə çatıb.
 
Aytac Zeynalova

 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol