• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda işləyən pensiyaçıların sayı açıqlanıb

Azərbaycanda işləyən pensiyaçıların sayı açıqlanıb
02.04.2024 13:01
Hazırda ölkədə 60 mindən çox işləyən pensiyaçı var. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin "Sosial saat” verilişində deyib.

"Azərbaycan əhalisi işləməyə meyillidir. İşləyən pensiyaçıların qanunvericiliklə nəzərdə tutulan 6 illik stajından sonra hər il topladıqları kapital yenidən hesablanır və pensiyalarının üzərinə gəlir. Bu gün həmin proses müraciət üzərindən həyata keçirlir, lakin bununla bağlı elektron proqram da hazırlanır. Bu il üçün istifadəyə veriləcəyi düşünürəm. Bununla da müraciət elektron qaydada olacaq. Xatırladım ki, müraciət hüququndan il ərzində 10-12 min vətəndaş istifadə edir",- o bildirib.
 
2024-cü il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə bu il Azərbaycanda pensiyaçıların sayında azalma qeydə alınıb. Ötən ilin yanvarın 1-i vəziyyətinə ölkədə1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub,1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb.

Ötən il Azərbaycan əhalisinin 11 faizini pensiyaçılar təşkil edirdisə, bu il bu rəqəm 10,8 faiz olub.

Bu ilin məlumatlarına görə, pensiyaçıların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Ötən ilin əvvəlinə olan məlumata görə, ölkədə 418 min sosial müavinət alan şəxs olub. Bu ilin əvvəlində isə rəqəm 442 min təşkil edib. Yəni, 1 il ərzində sosial müavinət alanların sayında 24 mindən çox artım qeydə alınıb.

2023-cü ilin əvvəlinə olan məlumata görə, ünvanlı dövlət sosial yardımın bir nəfərə düşən orta aylıq məbləği 88,09 manat təşkil edib, bu il isə 114,3 manat olub.
 
Aytac

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol