• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!

ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
17.04.2024 16:53
ABB-nin tərəfdaşlıq dəstəyi ilə ADA Universitetində növbəti "Karyera Həftəsi” başlanıb. Aprelin 25-ə qədər davam edəcək "Karyera Həftəsi”nin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir.

ADA-nın hər il ənənəvi qaydada keçirdiyi "Karyera Həftəsi”ndə müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur. Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirak edir. Universitetin tələbə və məzunları onlarla tanış olur, işgüzar əlaqələr qururlar.

"Karyera Həftəsi”nin açılışında ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş transformasiya inzibatçısı Taleh Tahirli də çıxış edib. O, ABB-nin transformasiya təcrübəsini tələbələrlə bölüşüb. Tələbələrin fərdi inkişaf üçün bu təcrübədən öyrənə biləcəkləri əsas məqamları onlarla bölüşüb. Xüsusilə dəyişiklik hekayəsi formalaşdırmağın, bu hekayəyə uyğun faydalı vərdişlər yaradaraq onlara gündəlik əməl etməyin, lazımi bacarıqlara yiyələnməyin və rol model müəyyənləşdirməyin önəmini diqqətə çatdırıb.    

ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş "Karyera Həftəsi”nə 20-dən çox qurum qatılıb. Tələbələr növbəti günlər ərzində bu qurumların təmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar dinləyəcək, gələcək karyera həyatları üçün faydalı məlumatlar alacaqlar.  
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/   rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol