• $
  • €
  • ₽
  • ₺
  • £

Dörd ayda nəql edilən neft 14,8% azalıb

Dörd ayda nəql edilən neft 14,8% azalıb
17.05.2024 14:45
2024-cü ilin yanvar-aprelində magistral neft kəmərləri ilə  12 milyon 787 min 800 ton neft nəql edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 212 min 700 ton və ya 14,8% azdır. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. 
 
Hesabat dövründə Bakı-Tblisi-Ceyhan neft ixracı kəməri ilə 9 milyon 606 min 600 ton neft neft ötürülüb ki, bu da nəqletmənin 75,1%-ni təşkil edir.
 
4 ayda BTC kəməri ilə nəql edilmiş neftin 81,0 %-ni  və ya 7 milyon 784 min 800 tonunu Azərbaycanda hasil edilən neft, 19,0 %-ni və ya 1milyon 821 min 800 tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

SSRİ dövründən mövcud olan Bakı-Novorossiysk boru kəməri Boru kəməri Qroznı-Bakı istiqamətində xam neftin Bakıya emal üçün gətirilməsi məqsədilə istifadə olunub. Bu kəmər neftin Azərbaycandan Rusiyanın Qara dənizdəki Novorossiysk limanına nəqli üçün istifadəyə başlanıb
 
Boru kəmərin ötürmə qabiliyyəti gündə 100 min bareldir (13,5 min ton/gün). Kəmərinin ümumi uzunluğu 1330 km təşkil edir, onun 231 km hissəsi Azərbaycanın ərazisinə düşür.

BTC boru kəmərinin tam gücü ilə işə salınmasından sonra Bakı-Novorossiysk boru kəməri vasitəsilə hazırda SOCAR-ın xarici tərəfdaşlarla birgə fəaliyyət göstərən müəssisələrinin quruda hasil etdikləri və SOCAR-ın özünün hasil etdiyi neft həcmləri ixrac olunur. Boru kəmərinin Rusiyadakı hissəsinin operatoru ASC "AK "Transneft” şirkəti, Azərbaycandakı hissəsinin operatoru isə SOCAR-dır.  
 
Bakı-Novorossiysk neft kəmərinin 3 nasos stansiyası (Səngəçal, Sumqayıt və Siyəzən) var. Kəmərin ölçmə stansiyası Şirvanovkada yerləşir.
 
Bakı-Supsa boru kəməri (Qərb İxrac Boru Kəməri) Azərbaycanda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirir. Xam neft Gürcüstanın Supsa terminalında tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına göndərilir. 

Bu boru kəmərinin ümumi uzunluğu 833 km təşkil edir, onun 456 km hissəsi Azərbaycanın ərazisinə düşür. Kəmərin ötürmə qabiliyyəti gündə 150 min bareldir (20 min ton/gün).
 
Ümumi uzunluğu 1768 km olanBakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) üç ölkənin ( Azərbaycan (443 km), Gürcüstan (249 km) və Türkiyə (1076 km)) ərazisindən keçir. 
BTC boru kəməri başlıca olaraq AÇG yataqlarından hasil edilən neftin Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanınadək nəql olunması üçün nəzərdə tutulub, lakin digər ölkələrdən neftin  nəqli üçün də istifadə imkanları var. 
 
Dəmir yolu vasitəsilə daşınmalar (Bakı-Kulevi/Batumi) ilə SOCAR tərəfindən xam neftin Gürcüstanın Qara dəniz sahilindəki Batumi limanına daşınmasına başlanılıb. Bu marşrutdan son illərdə Qazaxıstanın Tengiz və digər yataqlarından çıxarılan neftin, Türkmənistan mənşəli neft məhsullarının tranzit daşımaları ilə yanaşı BTC boru kəmərinin təsisçiləri sıralarına daxil olmayan şirkətlərə məxsus AÇG yataq¬larından hasil olunan neftin və "Şahdəniz” yatağından alınan qaz kondensatının nəql edilməsi üçün fəal istifadə edilir. 

2008-ci ildə istismara verilən Bakı-Kulevi marşrutundan Azərbaycan və Türkmənistan mənşəli neft məhsullarının, həmçinin Qazaxıstanın Tengiz yatağından çıxarılan neftin Gürcüstanın Qara dəniz sahilindəki Kulevi limanına nəql olunması üçün istifadə edilir.
 
Aygün Mirakif

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol