• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan xarici investorları üçün elektron qeydiyyat sistemi yaradır

Azərbaycan xarici investorları üçün elektron qeydiyyat sistemi yaradır
22.05.2024 11:52
Dünya Bankının "Biznesə daxilolma” indeksi  üzrə 2022-23-cü illər üçün işlənmiş yol xəritəsi xarici investorların Azərbaycanda fəaliyyətini asanlaşdırmağa imkan verən tədbirlərin icrasını nəzərdə tutur. Bunu Vergilər xidmətinin rəisinin müavini Samirə Musayeva bildirib. 

"Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsi üzrə 2022-2023-cü illərdə 30-dək tədbir həyata keçirilib. Azərbaycan Respublikasının qanunlarına, o cümlədən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında”, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunlara dəyişiklik layihələri hazırlanıb”, - Musayeva bildirib. 

Onun sözlərinə görə, görülən  işlər nəticəsində kommersiya hüquqi şəxsin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi ilə bağlı texniki imkanlar yaradılıb, kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı "SİMA” elektron imzası tətbiq edilib, informasiya resursları təkmilləşdirilib, sahibkarlıq subyektləri bu haqda məlumatlandırılıb.

"Biznesə daxilolma” indikatoru üzrə 2024-cü il üzrə Yol Xəritəsi 2 altindikator üzrə 4 komponent çərçivəsində 16 müxtəlif tədbirin icrasını nəzərdə tutur.  Həmçinin xarici investisiyalı  kommersiya qurumlarının qeydiyyatı ilə bağlı bir sıra yeniliklər tətbiq olunacaq. Görüləcək işlər çərçivəsində qeydiyyat prosesində iştirak edən dövlət orqanlarının məlumat bazalarının əlaqələndirilməsi prosesinin əhatə dairəsinin genişləndirilməsi, benefisiar mülkiyyətçinin reyestrinin aparılması ilə əlaqədar texniki imkanın yaradılması, kommersiya hüquqi şəxslərə dair qeydə alınmış məlumatlardakı sonrakı dəyişikliyin (təsisçi və rəhbər dəyişikliyi) proaktiv olaraq qeydiyyat orqanı tərəfindən qeydiyyata alınması imkanının yaradılması nəzərdə tutulur.

Musayevanın sözlərinə görə,  hazırda ölkə Dünya bankı indikatorları üzrə 2024-cü il üçün nəzərdə tutulan Yol Xəritəsini icra edir. 
 
Dünya Bankı Qrupunun "Business Ready” layihəsinin "Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol xəritəsi”, habelə "Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol xəritəsi ötən ay Azərbaycanın Nazirlər Kabineti tərəfindən təsdiq olunub.


"Biznesə daxilolma” və "Vergitutma” üzrə işçi qruplarına rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir.



N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol