• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın Xankəndi filialı açılıb

Kapital Bank-ın Xankəndi filialı açılıb
25.05.2024 15:27

Ölkənin birinci Bankı Kapital Bank Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyətini genişləndirməyə davam edir.
 
Zəngilən və Laçın filiallarının ardından bankın Xankəndi filialının açılışı baş tutub.Açılışda Kapital Bank-ın İdarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi”nin Əmlak idarə edilməsi şöbəsinin rəsmi nümayəndələri, Xankəndi sakinləri və bankın nümayəndələri iştirak ediblər.

Açılışda çıxış edən Fərid Hüseynov bildirib ki, "Böyük qayıdışın dəstəkçilərindən biri olan, ölkənin birinci bankı kimi Xankəndidə fəaliyyətə başlamaq bizim üçün çox dəyərlidir. Bankımızın əsas məqsədlərindən biri də harada olmasından asılı olmayaraq,müştərilərimizə keyfiyyətli xidmət göstərməkdir. Bu qiymətli, sözün əsl mənasında dəyərli torpaqlarımızda öz yurdlarına qayıdan insanlara xidmət göstərmək bizim üçün daha böyük məsuliyyət və qürurdur”.

Yeni konsepsiya əsasında təqdim edilən Xankəndi filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə ən yüksək səviyyədə xidmət göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Burada Xankəndi sakinlərinə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.

Ölkədə ən böyük filial şəbəkəsinə malik bankın filiallarının sayı Xankəndi filialının açılışının ardından 120-yə çatdı. Tezliklə bankın Cəbrayıl şəhərində də filialının açılması planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol