• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in “İdeya İnkubasiya Proqramı”nın qalibləri müəyyən oldu

Azercell-in “İdeya İnkubasiya Proqramı”nın qalibləri müəyyən oldu
27.05.2024 13:10
 "Azercell Telekom” MMC, ADA Universiteti Fondu (Azərbaycan) və ADA Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "İdeya İnkubasiya Proqramı”nın qalibləri müəyyən edilib.
 
Qaliblərin mükafatlandırma mərasimi ADA Universitetində baş tutub. Ümumilikdə qeydiyyatdan keçən 20 komandadan 5-i finalda öz biznes modelini nümayiş etdirmək imkanı qazanıb. Peşəkar mentor və mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən aparılan dəyərləndirmə nəticəsində analitik düşüncə, problemi müəyyən etmə bacarığı, həllin aktuallığı, bazar araşdırması və digər üstünlüklərə malik üç komanda qalib seçilib.
 
1-ci yerə "Hackwarts” komandası layiq görülüb. Gənclər öz biznes modelləri çərçivəsində şirkətlərdə kadr axtarışı prosesini asanlaşdırmağı və buna sərf olunan zamanı azaltmağı hədəfləyiblər. Belə ki, komandanın təqdim etdiyi platforma namizədlərdən tələb olunan texniki bacarıqların vahid məkandan yoxlanılmasını mümkün edib. 2-ci yerə innovativ tədris metodları və yanaşmalarını özündə əks etdirən elektron tədris-metodiki platforma ilə "Academia” komandası seçilib. 3-cü yerin sahibi isə müasir məkanlarda şəbəkə planlaşdırılmasını  optimallaşdırmağa imkan verən həll ilə "NetEdge” komandası olub.
Qaliblər  pul mükafatı ilə yanaşı, Azercell şirkətində təcrübə keçmək imkanı əldə ediblər. Eyni zamanda, bütün komandalara dəyərli hədiyyələr və sertifikatlar təqdim olunub.

Tədbirdə çıxış edən ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev "Azercell Telekom” MMC ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib: "ADA-nın sosial məsuliyyət layihələrini uzun illərdir dəstəkləyən Azercell universitet nəzdində yaradılan fondun ilk tərəfdaş şirkətlərindən biridir. ADA Universitetində startap mühitinin inkişafı, ideya əsaslı biznesin qurulmasına yönələn bu əməkdaşlıq, eyni zamanda ölkəmizdə bu sahənin inkişaf etdirilməsinə də öz töhfəsini verir. İnanıram ki, birgə səylərlə ərsəyə gətirdiyimiz təşəbbüslərimiz tələbələrimizin  peşəkar kimi formalaşmasında mühüm rol oynayacaq, onlara beyin güclərini kapitala çevirmək üçün möhkəm zəmin yaradacaq.”

Xatırladaq ki, bir il ərzində davam edən proqram çərçivəsində ADA Universitenin tələbələri müxtəlif mentorluq sessiyalarında, yerli və xarici mütəxəssislərin seminarlarında iştirak etmək imkanı əldə ediblər. Layihə iştirakçıları peşəkar mentorların dəstəyilə öz ideyalarını təkmilləşdirərək yeni məhsul yaratmaq bacarıqlarına yiyələnib, innovativ həllər üzərində çalışıblar.    

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol