• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank gənclərin təhsilinə və inkişafına dəstək verməyə davam edir

Kapital Bank gənclərin təhsilinə və inkişafına dəstək verməyə davam edir
04.06.2024 15:24
Ölkənin birinci bankı Kapital Bank təhsil yönümlü layihələrə və peşəkar kadrların inkişafına böyük önəm verir. Bu layihələr çərçivəsində 2023-cü il iyul ayında tələbələr üçün "Birbank” təqaüd proqramı elan edilib. Təqaüd proqramına 3-cü kursda oxuyan, universitetə qəbul balı 550 və daha yuxarı, təhsil göstəriciləri ortalama 81 bal və daha yuxarı olan gənclər cəlb olunublar. Bir neçə mərhələdə təşkil edilən seçim prosesini uğurla keçən tələbələr "Birbank təqaüdçüsü” adını qazanıblar.

Təqaüd proqramı artıq öz müsbət nəticələrini verib. Belə ki, təqaüd almaqla yanaşı tələbələrə "Data”, "Agile” və "Karyeraya doğru addımlar” mövzularında 3 bankdaxili sessiya, həmçinin "Karyera və peşəkar inkişaf”, "Kommunikasiya və təqdimatların aparılması bacarıqları” mövzularında 2 təlim keçirilib. Bu məşğələlər tələbələrə onların peşəkar inkişafı üçün lazımi bilik və bacarıqlar qazandırmaq məqsədi ilə həyata keçirilib.

Növbəti mərhələdə keçiriləcək təcrübə proqramları təqaüdçülərin ixtisasları ilə uyğunlaşdırılıb. Belə ki, tələbələr təhsil aldıqları sahələr üzrə Kapital Bank-da 3 ay müddətinə təcrübə keçməyə başlayıblar.
 
Tezliklə "Birbank” təqaüd proqramının üzvləri mentorluq proqramına da cəlb olunacaqlar. Ümumilikdə isə ilin sonunadək 6 sessiya və minimum 3 dəfə mentorlarla görüşlər təşkil olunacaq. Məqsəd tələbələrin müvafiq sahə ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır. Bundan əlavə oktyabr-noyabr ayları ərzində tələbələrin yumşaq bacarıqlarının inkişaf etdirməsi üçün daha 2 təlimin keçirilməsi nəzərdə tutulub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol