• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in növbəti ESG tədbiri baş tutdu

Azercell-in növbəti ESG tədbiri baş tutdu
11.06.2024 19:54
Lider mobil operator ESG (ətraf mühit, sosial və idarəetmə) mövzusunda növbəti tədbirini uğurla həyata keçirdi. "Dayanıqlı İnkişaf: Çağırışlar və Həll Yolları” adlı tədbirdə mövzunu müzakirə etmək üçün sənaye ekspertləri, dövlət qurumları, biznes və QHT nümayəndələri bir araya gəldi. 

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbəri Kanako Mabuçi "Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin və mövcud vəziyyəti” mövzusunda çıxış edərək bildirdi ki, BMT-in Davamlı İnkişaf Məqsədlərinə çatmaqda əsas vasitələrdən biri olan mobil əlaqə icmaların inkişafına böyük təsir göstərir:” Onu da qeyd edim ki, telekommunikasiya sektorunun iştirakçıları texnologiyanın ən həssas təbəqələr üçün əlçatanlığını artıraraq davamlı inkişafa daha çox töhfə verə bilər. Məsələn, son yeddi il ərzində qlobal miqyasda 2 milyarddan çox insan mobil telefonlar vasitəsilə internetə çıxış əldə edib. Bu da öz növbəsində rəqəmsal uçurumu azaltmağa və insanların informasiya resurslarına çıxışını daha da asanlaşdırıb.”  

Tədbir çərçivəsində keçirilən paneldə millət vəkili, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, BMT-nin Qlobal Sazişinin ölkə üzrə rəhbəri Samir Məmmədov və Azercell-in Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin Əliyeva müzakirələr apardılar. 

Nigar Arpadarai çıxışında beynəlxalq ESG tendensiyaları, dayanıqlı inkişafın cari vəziyyəti və qlobal perspektivləri haqqında fikirlərini paylaşdı. 

Samir Məmmədov isə Azərbaycanda dayanıqlılıq təşəbbüslərini inkişaf etdirmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarından və yerli bizneslərin ESG-yə yanaşmasından danışdı.    

Azercell-in Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin Əliyeva lider mobil operatorun ESG hesabatını tədbir iştirakçılarına təqdim edərək, şirkətin davamlı inkişaf sahəsində fəaliyyəti haqqında ətraflı məlumat verdi. Baş direktor qeyd etdi ki, Azercell-in ESG hesabatı mobil operatorun "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinin əsasını təşkil edən şəffaflıq və dayanıqlı  inkişaf məsələlərində Azercell-in tərəfdaşlar qarşısında məsuliyyətinin sübutudur.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol