• $
  • €
  • ₽
  • ₺
  • £

“AZERCELL CUP 2024” müsabiqəsinin qalibləri müəyyən olundu

“AZERCELL CUP 2024” müsabiqəsinin qalibləri müəyyən olundu
13.06.2024 15:56
"Azercell Telekom”, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunan "AZERCELL CUP 2024” müsabiqəsinin final mərhələsi keçirilib. 

Məktəblilərin informatika və kompüter elmləri sahəsində inkişafının dəstəklənməsi məqsədi daşıyan "AZERCELL CUP 2024”-də Bakı, Gəncə, Sumqayıt, Quba, Göyçay, Xaçmaz və Balakən məktəblərinin 31 şagirdi yüksək nəticə göstərib. Müsabiqənin şərtlərinə əsasən qaliblər növbəti tədris ilindən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə cəlb ediləcəklər. 

Qeyd edək ki, 3 mərhələdən ibarət müsabiqə 6-7-ci sinif şagirdlərinin alqoritmik təfəkkürünü ölçmək məqsədilə iki proqramlaşdırma dili (Python və C++) vasitəsi ilə təşkil olunub. Məktəblilərin yarış mühiti ilə tanışlığını təmin etmək üçün sınaq imtahanı da keçirilib. Ümumilikdə müsabiqənin sınaq turu və birinci mərhələsi üçün 2009 nəfər müraciət edib. Yarış əsnasında 5000-dən çox həll qiymətləndirilib. Nəticələrə əsasən 165 nəfər yarımfinal turunda, fərqlənmiş 51 nəfər isə finalda iştirak hüququ qazanıb.

2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 70 medal əldə ediblər.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol