• $
  • €
  • ₽
  • ₺
  • £

ABB “Ən yaxşı işəgötürən” beynəlxalq sertifikatına layiq görüldü!

ABB “Ən yaxşı işəgötürən” beynəlxalq sertifikatına layiq görüldü!
13.06.2024 17:07
Ölkəmizin bank sektorunda ən yaxşı işəgötürən olmağı qarşısına hədəf qoymuş və buna doğru ardıcıl irəliləyən ABB "Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) beynəlxalq təşkilatının sertifikatını əldə edib. 

Təşkilatın auditorları 3 ay çəkən sertifikasiya prosesində dünya təcrübəsindən irəli gələn 255 norma üzrə dəyərləndirmə aparıblar. Bu təcrübələrin ABB-də mövcudluğu yoxlanıb. Təhlillər iş mühiti, istedadların cəlbi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah, inkişaf və s. kimi istiqamətləri əhatə edib. 
ABB-nin müvafiq meyarları 88% yerinə yetirdiyi müəyyənləşib və Bank "Ən yaxşı işəgötürən” sertifikatına layiq görülüb. Qeyd edək ki, bu beynəlxalq sertifikatın əldə olunması üçün minimal normativ tələb 60%-dir. Dünya təcrübəsinə əsasən, sözügedən sertifikatı alan şirkətlərin ortalama nəticəsi 85%-dir. Göründüyü kimi, ABB bu sahədə də mövcud dünya təcrübəsindən daha üstün nəticə göstərib. Beləliklə, fəaliyyətində ən yaxşı beynəlxalq insan resursları təcrübələrini tətbiq etdiyini, əməkdaşları üçün layiqli iş şəraiti yaratdığını bir daha nümayiş etdirib. 

Top Employers Institute indiyə qədər 121 ölkə və regionda 2300-dən çox təşkilatın sertifikatlaşdırılmasını aparıb. Qurumun həyata keçirdiyi sertifikasiya prosesləri qlobal miqyasda 12 milyondan çox işçinin həyatına müsbət təsir göstərməkdədir. "Ən yaxşı işəgötürən” sertifikatını əldə etmiş şirkətlər sırasında BP, Coca-Cola, HSBC, Unicredit, BMW, Puma, Pepsico, Toyota, Walmart, Philip Morris İnternational, Ferrari, Mercedes, Marriot İnternational, Bosh, HUAWEI, Vodafone, EY kimi dünya brendləri də var. 

"Top Employers Institute” təşkilatı haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol