• $
  • €
  • ₽
  • ₺
  • £

“Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” baş tutub

“Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” baş tutub
14.06.2024 14:56
14 İyun - Ümumdünya Qan Donoru Günü ərəfəsində "Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” keçirilib. Forum Qırmızı Ürəklər Fondu, Qan Donorları Assosiasiyası, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Mərkəzi Qan Bankı və "Fairmont Baku” otelinin birgə tərəfdaşlığı ilə baş tutub.   
     
Forumun məqsədi qan donorluğunun inkişafına dəstək olmaq, könüllü qanvermənin əhəmiyyəti barədə insanların məlumatlandırılmasını təşviq etmək və irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası istiqamətində cəmiyyətin maarifləndirilməsi idi.

Forumu çıxış sözü ilə açan Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov bu xüsusi günün yüksək səviyyədə qeyd olunmasının əhəmiyyətindən danışıb. "Bu gün xüsusən bölgələrimizdə qan donorluğunun təbliğinə ehtiyac var. Doğrudur, bu isiqamətdə bir çox təbliğat xarakterli işlər görülür, amma bu işlərin miqyasını genişləndirmək olduqca vacibdir. Düşünürəm ki, bizim bugünkü forumda irəli sürülən təşəbbüslər yaxın gələcəkdə daha gözəl nəticələrin əldə olunmasına kömək edəcək”.

Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov isə fondun könüllük istiqamətində gördüyü işlərdən və bu sahədə bütün qurumların birlikdə fəaliyyətinin önəmindən danışıb. "Biz fond olaraq korporativ sosial məsuliyyətimizi dərk edir və vaxtaşırı bu istiqamətdə bir çox layihələr həyata keçiririk. Eyni zamanda bu mövzuda burada iştirak edən bütün aidiyyatı qurumlar ayrı-ayrılıqda maraqlı təbliğat işləri görürlər. Bu təcrübələri bölüşmək və birləşdirmək cəmiyyətimiz üçün qan donorluğunun daha da artması istiqamətində böyük və faydalı nəticələrə gətirib çıxaracaq. Forumun əsas məqsədi və bu görüşdən gözləntimiz də elə budur”.

Forumun davamı olaraq tədbirdə iştirak edən 25 gənc "Gənc qan donorlarının ictimai müzakirə platforması” layihəsi çərçivəsində təşkil olunan 3 günlük təlimlərdə iştirak edəcəklər. Daha sonra onlar yaşadıqları regionlarda gənclər arasında "könüllü donorluq şəbəkəsi”nin qurulmasına cəlb olunacaqlar.
Tərəfdaşların rəsmi nümayəndələrinin, millət vəkillərinin və cəmiyyətin ziyalı şəxslərinin iştirak etdiyi tədbirin təşkilatçılığında fəal iştirakına və verdiyi dəstəyə görə Kapital Bank da Məkrəzi Qan Bankı və Qan Donorları Assosiasiyası tərəfindən "Təşəkkürnamə” ilə təltif edilib.

Qeyd edək ki, "Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planlar və digər maraqlı məlumatları əldə etmək, həmçinin "Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol