• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Tbilisi-Ceyhan vasitəsilə neft ixracının həcmi niyə azalır?

Bakı-Tbilisi-Ceyhan vasitəsilə neft ixracının həcmi niyə azalır?
09.07.2024 18:41
Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Türkiyənin Ceyhan limanına nəql olunan Azərbaycan neftinin həcmi azalmaqda davam edir. Bu, "Azəri-Çıraq-Günəşli” blokunda və Azərbaycanın digər əsas neft yataqlarında hasilatın azalması ilə əlaqədardır. Bu barədə Reuters xəbər agentliyi məlumat verib. 

Reuters agentliyi avqustda Azərbaycan neftinin Ceyhan limanı vasitəsilə ixrac həcminin 17,75 milyon barel təşkil edəcəyini proqnozlaşdırır. İyulda bu rəqəmin 19,19 milyon barrelə çatacağı proqnozlaşdırılır.

Bakı-Tbilisi-Ceyhan vasitəsilə Ceyhana nəql olunan Azərbaycan neftinin həcmi azalmaqda davam edir.
 
Reuters-in hesablamalarına görə, BTC boru kəməri ilə Azərbaycan neftinin gündəlik ixracı gələn ay iyul ayı ilə müqayisədə 7,5 faiz azalacaq,

SOCAR-ın məlumatına görə, 2024-cü ilin mayında Azərbaycanın əsas ixrac boru kəməri olan BTC ilə 2 milyon 725 min 177 ton (və ya 17 milyon 715 min barel) Azərbaycan nefti nəql edilib.

Ümumilikdə, 2024-cü ilin yanvar-mayında kəmərlə 12 milyon 199 min 306 ton neft ixrac edilib.
 
Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil ediən neft və "Şahdəniz” yatağından çıxarılan qaz kondensatı, həmçinin SOCAR hasil etdiyi dan neft və qaz kondensatı nəql eilir. 

BTC neft kəmərinin uzunluğu 1768 min kilometrdir. Bunun da  443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstanda, 1076 kilometri Türkiyə ərazisindən keçir.  Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıqdır. 

BTC Co.-nun səhmdarları  bp (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGCVidesh (2,36%) şirkətləridir.
 
2023-cü ilin dekabrında Equinor BTC layihəsindəki payını SOCAR-a satmaq barədə müqavilə imzalayıb. Tərəflərin bir sıra öhdəlikləri yerinə yetirildikdən sonra əməliyyat başa çatmış hesab ediləcək.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol