• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan yeni fond yaradır

Azərbaycan yeni fond yaradır
12.07.2024 14:49
Azərbaycan noyabrda keçiriləcək BMT-nin COP29 sammiti ərəfəsində "Gələcək üçün İqlim İnvestisiya Fondu” adı altında müəssisə yaratmağı planlaşdırır. Fondun nizamnamə kapitalı 500 milyon ABŞ dolları təşkil edəcək. Bu barədə "Financial Times”a COP29-un yüksək rütbəli rəsmisinə istinadən bildirib. 
 
Nəşr yazır ki,  bu məbləğ  2030-cu ilə qədər iqlim fəaliyyəti üçün 250 milyard ABŞ dolları həcmində özəl investisiya səfərbər etmək məqsədi ilə Birləşmiş Ərəb Əmirliklərinin COP28-də Dubayda elan etdiyi 30 milyard ABŞ dollarlıq fondla müqayisədə kiçik olmasına baxmayaraq Azərbaycan fondu qalıq yanacaq şirkətlərinin töhfəsi üçün başlanğıc nöqtəsi olacaq və onların ya birdəfəlik məbləğlər, ya da gəlirlərinin bir hissəsini ianə edə biləcəyi bir mexanizm yaradacaq.

Nəşr vurğulayır ki, bu addım Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin əvvəlində ölkənin "Allahın  vergisi" olan neft və qaz ehtiyatlarını müdafiə etməsindən və Avropanın enerji tələbatı səbəbindən onun ənənəvi yanacağının hələ uzun illər lazım olacağını iddia etməsindən sonra atılıb.

Dubayda keçirilən COP28-də təxminən 200 ölkə 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq üçün ənənəvi yanacaqdan "ədalətli, nizamlı və bərabər şəkildə" keçməyə razılaşdı, lakin BMT-nin iqlim prosesi çərçivəsində bu məqsədə çatmaq üçün çox az irəliləyiş əldə edilib.

COP29-un yüksək rütbəli rəsmisi bildirib ki, iqlim yönümlü fonddan əldə edilən investisiya gəlirləri təkrar fonda qaytarılacaq və Azərbaycan rəsmiləri hazırda sərmayənin 50 %-ni ekstremal hava hadisələrindən ən çox zərər çəkən inkişaf etməkdə olan ölkələri əhatə etməsini müzakirə edirlər.

"Konsepsiya hazır olduqdan sonra biz potensial töhfə verə biləcəyimizi düşündüyümüz tərəflərə müraciət edəcəyik... Biz fossil yanacaq istehsal edən və istifadə edən bütün ölkələri bu təşəbbüsün bir hissəsi olmağa dəvət edəcəyik", - rəsmi şəxs bildirib və əlavə edib ki, fond qalıq yanacaq şirkətlərindən yığım təşkil etməyəcək.
 
N.Təbrizli


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol