• $
  • €
  • ₽
  • ₺
  • £

Büdcəyə neft-qaz sektorundan daxilolmaları artıb

Büdcəyə neft-qaz sektorundan daxilolmaları artıb
16.07.2024 18:24
2024-cü ilin ilk 6 ayında  Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektoru üzrə daxilolmalar 32,3% artaraq  8,8 milyard manat təşkil edib ki. Bu barədə Maliyyə Nazirliyi məlumat verib. 
 
Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında neft-qaz sektorunun payı 46,7 % təşkil edib.

6 ayda dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 27,4 %-i və yaxud 2 milyard 407,2 milyon manatı Vergilər Nazirliyinin , 72,6 %-i və yaxud 6 milyard 390,5 milyon manatı Dövlət Neft Fondunun transferlərinin payına düşüb.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olan neft-qaz gəlirlərinin 48,5 %-i və ya 1,2 milyard  manatı "Şahdəniz" yatağı üzrə mənfəət vergisi, 34,6 %-i və ya 833,3 milyon manatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi  vergilər, 16,9 %-i və ya 406,9 milyon manatı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin mənfəət vergisinin payına düşüb. 
 
 
N.Təbrizli


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol