• $
  • €
  • ₽
  • ₺
  • £

Neftin qiyməti neft-qaz gəlirlərinə təsir edib

Neftin qiyməti neft-qaz gəlirlərinə təsir edib
30.07.2024 21:26
Neftin qiymətinin bir barel üçün 10 dollar dəyişməsi Azərbaycanın dövlət büdcəsinin neft və qaz gəlirlərinin ildə orta hesabla 100 milyon manat artmasına və ya zalmasına gətirib çıxarır. Bu barədə  Maliyyə Nazirliyi bildirib. 

Maliyyə Nazirliyinin baza ssenarisinə əsasən, neftin orta qiyməti1 barrel üçün  75 dollar olduğu halda, Azərbaycanın 2024-cü il dövlət büdcəsinin neft və qaz gəlirləri 17 milyard 769 milyon manat təşkil edəcək.

Bu il neftin orta qiyməti 80 dollar/barel olarsa, dövlət büdcəsinin neft-qaz gəlirləri 17 milyard 819 milyon manat təşkil edəcək.

Əgər 2024-cü ildə neftin qiyməti orta hesabla 85 dollar/barel səviyyəsində olarsa, o zaman dövlət büdcəsinin neft-qaz gəlirləri 17 milyard 869 milyon manat olacaq.
 
Maliyyə Nazirliyinin hesablamalarına görə, neftin qiyməti 60 dollar/barelə düşərsə, bu il dövlət büdcəsinin neft və qaz gəlirləri 17 milyard 669 milyon manat, 70 dollar/barel qiymətlə isə 17 milyard manat təşkil edəcək. milyard 719 milyon manat təşkil edib.
 
Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ildə dövlət büdcəsinin faktiki neft və qaz gəlirləri 18 milyard 156,4 milyon manat təşkil edib.
 
Maliyyə Nazirliyi qeyd edir ki, Azərbaycanın 2024-cü il üçün icmal büdcəsinin gəlirləri 43,5 milyard manat, o cümlədən neft və qaz gəlirləri 19,1 milyard manat səviyyəsində proqnozlaşdırılır. "Neftin qiymətinin hər 10 dollar/barel üçün dəyişməsi icmal büdcənin gəlirlərinin təxminən 800 milyon manat artmasına və ya azalmasına səbəb olur”, -  Maliyyə Nazirliyi vurğulayıb.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol