• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR kapital faiz ödənişi həyata keçirib

SOCAR kapital faiz ödənişi həyata keçirib
01.08.2024 14:46
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)  2021-ci ilin noyabrında  dövriyyəyə buraxdığı 100 milyon ABŞ dolları dəyərində yeni isitqrazlara görə, sayca 11-ci  faiz ödənişi həyata keçirib. Bu barədə "SOCAR Capital" MMC məlumat verib.

Nomnal dəyəri 1 000 dolları olan 100 min ədəd istiqraz 5 il müddətinə dövriyyəyə buraxılıb. Onların illik gəlirliliyi 4,5 %-dir.
 
İstiqrazlar üzrə faizlər rüblük ödənilir və hər dəfə istiqraz sahibləri 1,125 milyon ABŞ dolları faiz alır. Bu gün növbəti faizlər istiqraz sahiblərinin hesablarına köçürülüb, investorların ümumi qazancı 12,375 milyon dollar təşkil edib.

İndiyə qədər SOCAR-ın yeni istiqrazları ilə ümumi dəyəri 47 milyon ABŞ dollarından çox olan təxminən 800 təkrar bazar əməliyyatı aparılıb.
 
Hazırda  istiqrazlar "Bakı Fond Birjası" QSC-də ən çox  satılan  korporativ qiymətli kağızlardır.

İstiqrazları 1 və 5 saylı "ASAN xidmət” mərkəzlərindəki xüsusi köşklərdən və Azərbaycandakı investisiya şirkətlərindən əldə etmək olar.
 
N.Təbrizli


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol