• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell” ən geniş partnyor şəbəkəsinə malik debet kartını təqdim edir

“Bakcell” ən geniş partnyor şəbəkəsinə malik debet kartını təqdim edir
09.08.2024 14:40
Ölkənin ən böyük özəl mobil operatoru "Bakcell” ilk debet kartını - "Bakcell Kart"ı təqdim edir. Ölkənin birinci bankı "Kapital Bank”la birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirilən "Bakcell kart” ən geniş partnyor şəbəkəsinə malik debet kartdır. 




"Bakcell Kart”ın üstünlükləri nələrdir? 


"Bakcell Kart” abunəçilərə partnyor mağazalardan 30%-dək keşbek qazandıracaq. Ödənişsiz təqdim olunacaq kartda köçürmə və nağdlaşdırma zamanı komissiya haqqı tutulmayacaq. Eyni zamanda, kart sahibləri xüsusi "Bakcell” kampaniyaları, həmçinin "Ulduzum Premium”un üstünlüklərindən faydalana biləcəklər. Bundan əlavə, "Bakcell" tətbiqi üzərindən nömrənin balansı artırıldığı təqdirdə abunəçilərə xüsusi data (internet) bonuslar hədiyyə olunacaq.


"Bakcell Kartı” necə əldə etmək olar? 


"Bakcell Kart”ı üç valyutada AZN/USD/EUR olaraq "Bakcell" tətbiqi üzərindən asanlıqla sifariş etmək olar. Debet kartı həm rəqəmsal, həm də fiziki formada təqdim olunur. Kart fiziki formada sifariş verildikdə müştərinin istəyinə uyğun olaraq ünvana çatdırıla və ya təyin edilən "Kapital Bank” filialından əldə edilə bilər. Aktiv "Bakcell” nömrəsi olan bütün abunəçilər "Bakcell Kartı” pulsuz şəkildə sifariş edə bilərlər.
"Bakcell Kart"ı "Bakcell" tətbiqi üzərindən sifariş vermək üçün linkə keçid edin: https://onelink.to/bakcell
Qeyd edək ki, "Bakcell Kart” abunəçilərə innovativ məhsul və xidmətləri təqdim edən "Bakcell”in ilk fintex (maliyyə texnologiyası) məhsuldur. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərin ixtiyarına verəcək.
Partnyor mağazaların siyahısı ilə bu link vasitəsilə tanış olmaq olar: https://birbank.az/partners 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol