• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Gürcüstanda zavod tikir

SOCAR  Gürcüstanda zavod tikir
12.08.2024 16:47
Xobi bələdiyyəGürcüstanın şimal-qərbi) yerli hakimiyyət orqanları Kulevi limanında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft yükləmə terminalının yaxınlığında yerləşəcək Gürcüstanın ilk neft emalı zavodunun tikintisinin müfəssəl planını təsdiqləyib. Bu barədə Xobi Şurasının qətnaməsində bildirilib. 
 
Neft emalı zavodunun tikintisini Gürcüstanın "Black Sea Petrolium” şirkəti həyata keçirəcək;də bildirilib 

Birinci mərhələdə layihədə nəzərdə tutulan neft emalı zavodunun gücü ildə 1,121 milyon ton olacaq, bunun üçün 89 min kubmetr tutumu olan çən parkı təşkil olunacaq. Neft emalı prosesi nəticəsində zavod yüngül orta distillə fraksiyasını, geniş qazoylu fraksiyasını və mazut fraksiyasını (qalıq dəniz yanacağı) istehsal edəcək.

Gələcəkdə şirkət neft emalı zavodunun gücünü ildə 2,92 milyon tona, çənlərin ümumi həcmini isə 440,2 min kubmetrə çatdırmağı planlaşdırır. Zavodun infrastrukturunun tikintisi və təşkili 3-4 il çəkəcək, növbəti mərhələlərdə ikinci dəmir yolu keçidinin, çənlərin və digər sənaye obyektlərinin tikintisi planlaşdırılır.

Xobi bələdiyyəsi "12 illik gözləmədən sonra” neft emalı zavodunun tikintisinin müfəssəl planını təsdiqləyib.
 
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol