• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-dən dayanıqlı gələcək üçün mühüm layihəyə dəstək

ABB-dən dayanıqlı gələcək üçün mühüm layihəyə dəstək
26.08.2024 16:40
Bakıda ilk dəfə təqdim olunan velosiped kirayəsi layihəsi ABB-nin və Bankın beynəlxalq tərəfdaşı Mastercard şirkətinin dəstəyi ilə həyata keçirilib. Velosipedləri Bakıdakı 50-dən artıq parklanma yerindən kirayə götürmək mümkündür.
 
Sərnişinlərin rahat istifadəsi üçün parklanma yerləri metro stansiyalarına, avtobus dayanacaqlarına, təhsil müəssisələrinə və iri ticarət mərkəzlərinə yaxın ərazilərdə yaradılıb. Bu məkanlarda velosipedlərin kirayə qaydası ilə bağlı məlumat lövhələri də yerləşdirilib.

Xüsusi QR kodlar vasitəsilə "Apar” tətbiqinə daxil olub velosipedlərdən istifadə imkanlarını aktivləşdirmək, yaxud deaktiv etmək, xidmət haqqının ödənişini təmassız yerinə yetirmək olar.
 
"Apar” şirkətinin reallaşdırdığı bu layihə paytaxt sakinlərinə, turistlərə Bakıda təhlükəsiz səyahət imkanı yaradır. Velosiped kirayəsi xidməti şəhərdə tıxac və parkinq problemlərinin minimallaşdırılmasına da mühüm töhfədir. ABB və Mastercard xidmət istifadəçilərinə ödənişlər zamanı müxtəlif endirim fürsətləri də yaradacaq.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol